Dünən Xaçmazın Nabran kəndində yerləşən “Elfaro” istirahət mərkəzində baş vermiş dəhşətli hadisənin təfərrüatı üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, böyüklər üçün nəzərdə tutulmuş hovuzda boğularaq ölən 2011-ci il təvəllüdlü Etibar Böyükağa oğlu Həsənli oraya bibisi ilə gəlibmiş.
Quba sakini olan yeniyetmə “Elfaro” istirahət mərkəzinin hovuzuna girib. Lakin suyun hündürlüyü onun boyundan çox olduğu üçün Etibar boğulmağa başlayıb. Yaxınlıqdakı şəxslər xəbər tutduqda artıq gec olub. 13 yaşlı oğlanın artıq boğularaq öldüyü məlum olub.
Bildirilib ki, faciəvi şəkildə ölən oğlanın atası Qubada taksi sürücüsü kimi çalışır.
Hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.