image-2000x150
image-1677760320_iu8ibackend

Dünya tarixində ən şiddətli zəlzələ: 9.5 bal gücündə…

image-728x90
Dünyada hər il, ümumilikdə, 500 minə yaxın zəlzələ baş verir, onlardan təxmini 100 mini hiss olunur, 100-ə yaxını isə dağıntılara səbəb olur.
Sakit okean seysmik qurşağı dünyanın ən intensiv tektonik seysmik qurşağıdır. Dünya tarixində ən güclü 10 zəlzələ Cənubi Amerika və Asiya-Sakit okean ölkələrində baş verib. “Alov halqası” adlandırılan Sakit Okean Zəlzələ Kəməri dünyada baş verən bütün zəlzələlərin 90 faizinin, böyük zəlzələlərin isə təxminən 80 faizinin şahidi olur.
İndiyə qədər qeydə alınmış ən uzun zəlzələ 26 dekabr 2004-cü ildə İndoneziyanın Sumatra şəhərində baş verib.
Titrəyiş 8.3 ilə 10 dəqiqə arasında davam edib. 9.1 bal gücündə baş verən zəlzələdə 230 min insan həyatını itirib.
Zəlzələ nəticəsində hündürlüyü metrlərlə olan nəhəng dalğalar Asiyanın şimalında və Afrikanın şərqində yerləşən 14 ölkə ilə yanaşı İndoneziyaya da təsir edib.
Ən çox ölümə səbəb olan təbii fəlakətlərdən biri sayılan fəlakətdə zəlzələ və sunami səbəbiylə 1 milyon 700 min insan evsiz qalıb.
Dünya tarixində ən güclü zəlzələ isə 1960-cı il mayın 22-də Çilidə baş verib. Təxminən 1000 kilometr ərazidə hiss edilən 9.5 bal gücündə zəlzələ nəticəsində 1655 nəfər həyatını itirib, 3 min nəfər yaralanıb, 2 milyon insan evsiz qalıb.
Ölkədə 550 milyon dollarlıq ziyana səbəb olan zəlzələ nəticəsində yaranan sunami 10 min kilometr əraziyə yayılaraq Havay, Yaponiya və Filippinə qədər uzanıb. Havayda 61, Yaponiyada 138, Filippində 32 nəfər nəhəng dalğalar nəticəsində həyatını itirib.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90