image-2000x150
image-1683528003_65600e80-63f9-34d3-9e51-717cfe3b1b2e_850backend

Dövlət Turizm Agentliyi: “Qoruqları ziyarət edənlərin sayı artıb”

image-728x90

Azərbaycandakı qoruqları ziyarət edənlərin sayında kifayət qədər artım var.

Bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib.

“Qoruqların saxlanılmasında vətəndaşlardan əldə olunan gəlirlər mühüm rol oynayır. Agentliyin tabeliyində Qoruqları İdarəetmə Mərkəzi var. Bu publik hüquqi şəxs əldə etdiyi gəlirləri qoruqların maddi təminatının yaxşılaşdırılması, problemlərinin həll edilməsi istiqamətində xərcləyir”, – deyə o qeyd edib.

Xatırladaq ki, 2022-ci ildə qoruq və muzeylərə ümumilikdə 341 253 bilet satılıb. Ziyarətçilərin 162 798 nəfər xarici, 178 455 nəfəri yerli vətəndaş olub. Onların da 44 577 nəfəri qoruq və muzeylərə ödənişsiz daxil olub. Ümumilikdə ötən il turistlərə göstərilən xidmətlər üzrə bilet satışından 1 693 164 manat vəsait əldə edilib ki, bu məbləğin də 258 279 manat təşkil edən hissəsi ƏDV kimi dövlət büdcəsinə ödənilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90