image-rt-reklam
image-1backend

DİQQƏT! Ağciyər xərçənginin AZ BİLİNƏN simptomları açıqlandı

image-728x90

Ağciyər xərçəngi bütün dünyada ən çox yayılmış xərçəng növüdür. Əsasən, gizli şəkildə irəliləyir. Bu səbəbdən xəstələrin üçdə ikisinə diaqnoz qoyulduqda problem artıq inkişaf etmiş bir mərhələdə olur. Ancaq bəzi xəstələrdə erkən mərhələlərdə simptomlar özünü göstərə bilər.

Ulusal.az xəbər verir ki, Türkiyənin məşhur həkimlərindən olan Seha Akdumanın sözlərinə görə, həmin əlamətlər nəzərə alındıqda xəstəliyi erkən bilmək və müalicədə daha təsirli nəticələr əldə etmək mümkündür.

Ağciyər xərçənginin ən çox görünən simptomları öskürək, qanlı bəlğəm, döş qəfəsində ağrı, səsin xırıltılı çıxması, səbəbi bilinməyən kilo itkisi, nəfəs darlığı, müalicəsi çətin olan və təkrarlanan pnevmoniyadır. Bu əlamətlərlə yanaşı, göz qapaqlarının birtərəfli düşməsi, qolda uyuşma, ağrı, halsızlıq, əzələ gücünün azalması, baş-boyun ödemi kimi əlamətlər də müşahidə edilir.

Akduman ağciyər xərçənginin 4 mühüm erkən simptomunu açıqlayıb:

Öskürəyin artması;

Bəlğəm miqdarının artması;

Qanlı bəlğəm;

Öskürək zamanı çıxan səslərin qalınlaşması.

Həkim sözlərinə belə davam edib: “Öskürək miqdarının və bəlğəmin artması, qanlı bəlğəm, öskürək zamanı səsin kobudlaşması kimi hallarda vaxt itirməmək çox vacibdir. İnsan özü bu dəyişiklikləri hiss etməyə bilər. Ona görə də onların yaxınları da diqqətli olmalıdırlar. Xatırlamaq lazım olan məqam budur ki, şiş səbəbiylə inkişaf edən öskürəkdə gecə-gündüz fərqi yoxdur. Bundan əlavə, öskürək əleyhinə dərmanlara təsiri çox aşağı olur.

Şişlərin təxminən üçdə biri tənəffüs yolundan qaynaqlanır və zəngin vaskulyarlığa malik nəzarətsiz çoxalan hüceyrələr qanaxmaya meylli olur. Qanlı bəlğəm bütün ağciyər xəstəlikləri, xüsusilə ağciyər xərçəngi üçün ən vacib simptomlardan biridir. Şişin bağladığı, bronxun açıldığı ağciyər nahiyələrində pnevmoniya inkişaf edir. Radioloji və kliniki yaxşılaşma əldə olunmazsa və ya pnevmoniya təkrarlanırsa, bronxoskopiya aparılmalıdır. Bu səbəbdən qırx yaşdan yuxarı siqaret çəkənlərdə qanlı bəlğəm və təkrar sətəlcəm yaranarsa, bronxoskopiya edilməlidir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90