Bildiyimiz kimi bu ilin sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar parlament seçkiləri keçiriləcək. Öz təşəbbüsü ilə 69 saylı Biləsuvar seçki dairəsindən namizədliyini irəli sürən tanınmış telejurnalist , birinci Qarabağ müharibəsinin iştirakçısı Rahib Qərib Analoq.az- a müsahibə verib.
-Rahib müəllim , bildiyimiz qədər siz ilk dəfədir deputatlığa namizədsiniz. Niyə bu qənaətə gəldiniz ki , “Xidmətə davam ” demək lazımdır ?
-Təbliğat plakatımda şüarım, sloqanım məncə bu haqda hər şeyi deyir. 1992-ci ildən 2017-ci ilə qədər hər həftənin 4-5 gününü cəbhədə, səngərlərdə olub o mövqelərdə müdafiədə dayanan əsgərlərimizi, döyüşçülərimizi, müdafiəçilərimizi lentə alıb doğmalarının görüşünə gətirməklə, hər dəfə o yerlərə gedib zabit və əsgərlərimizə arxa-dayaq, dəstək olmaqla elə xalqıma, dövlətimə, Vətənimə xidmət edirdim.
Çünki o səngərlərdə indi deputatlığa namizədliyimi verdiyim Biləsuvardan da, hər bölgəmizdən bir qeyrət payı, bir mudafiəçi var idi. Şükürlər olsun müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Silahlı Qüvvələrimiz, o oğullar bizi Qələbəyə çatdırdı və düşündüm ki, növbəti xidmətim ölkəmizin ictimai-siyasi həyatında fəal olmaq, ölkə Prezidentimizin səyləri ilə dirçələn Qarabağımızla yanaşı digər bölgələrimizdə də, doğma Biləsuvarımda da yüksəlişlə müsayiət olunmalıdır. Bu mənada və bu cəbhədə ölkəmə, xalqıma xidməti davam etdirmək yolun seçdim.
-Namizədliyinizi Biləsuvardan vermisiniz. Bugunə qədər bir çox namizədlər seçiciyə vəd verib. Demək olar indi seçici aylıqdır , və artıq vədlərə inanmir.
– Əla sualdır. Mən seçicilərimə vəd vermirəm. Kişi sözü verirəm. Gorüşlərimdə də bunu xüsusi vurğulayıram. Necə ki, səngərlərdə, cəbhədə illərlə onların övladları ilə çiyin-çiyinə addımlayıb arxa-dayaq oldum, bu dəfə də daim onların yanında olub, qayğıları, problemləri ilə nəfəs alacam. Tələb və təkliflərini hökumətimizin diqqətinə çatdıracam.
-Siz tanınmış simasiniz. Uzun illər televiziyada fəaliyyət göstərmisiniz. Seçici sizi yaxşı taniyir. Bundan rəqibləriniz narahat olmur ?
-Rəqiblərimin narahat olmasını heç istəməzdim. Onlar da xalqımın layiqli övladlarıdır. Amma düşünürəm ki, rəqiblərim məni biləsuvarlıların etimadını qazanmaq yarışında ciddi rəqib hesab edirlər.
–Mandatı qazansanız ilk hansı işləri görəcəksiniz ?
-Mandat qazandığım andan etibarən verdiyim sözə sadiqliyimi hər bir biləsuvarlının hiss edib görməsinə çalışacağam. İndi seçicilərimin qarşısında çox rahat gəzib-dolaşıb hər biri ilə alnıaçıq, üzüağ ünsiyyətdə ola bilirəmsə , gələcək də bunu yaşamağı özümə borc bilirəm. Problemlərinin təsnifatı isə artıq ağlıma yazılıb və nədən başlayacağımı da sıralamışam.
–Ümumiyyətlə Rahib Qərib üçün deputat olmaq nə deməkdir ?
-Deputat sözü diləyatımlı olsa da mən bu statusu daha çox şüuraltı açıqlayan millət vəkili söz birləşməsi kimi düşünürəm. Millətin sözünü deyən, bir rayonun sakinlərinin haqqını və bəlkə də nəticədə onlarla problem, qayğı ortağı olan bütün Azərbaycan vətəndaşlarının tələb və təkliflərini uca tribunadan, millətin qanunverici orqanından deyib müdafiə edən nümayəndəsi hesab edirəm.
-Rahib müəllim , bugün Biləsuvarda seçkiyə maraq hansı səviyyədədir ?
-Çox təəssüf hissi ilə deyirəm ki, bəzilərində seçki kampaniyasına basmaqəlib, ənənəvi, standart tədbir təəssüratı gördüm. Amma bu yanaşma ilə də mübarizə aparanlardan biri kimi deyə bilərəm ki, təbliğat işinin gedisatında bildim ki , o əhvalı da dəyişdirmək olur. Neçə məntəqədə layiqli namizədə səs vermək əhval-ruhiyyəsi yaradıb, seçiciləri optimist ruha kökləməklə bir namizəd kimi öz adımdan deyə bilərəm ki, seçicilərimizlə birlikdə ölkə rəhbərimizin demokratik gözləntilərini döğruldacağıq.
–İnşallah
– Sizə uğurlar arzu edirik .
– Çox sağ olun .