image-2000x150
image-1backend

Deputat Jalə Əhmədova Salyanda növbəti vətəndaş qəbulu keçirib

image-728x90

Milli Məclisin deputatı Jalə Əhmədova Salyan rayonunda növbəti vətəndaş qəbulu keçirib.

Ulusal.az xəbər verir ki, qəbulda şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər rayon sakinləri dinlənilib, seçicilərin səsləndirdikləri məsələlərlə bağlı qeydiyyatlar aparılıb.

Həlli mümkün olan bəzi məsələlər yerindəcə həll edilib, digər problemlərin həlli üçün isə millət vəkili səlahiyyətləri çərçivəsində əlindən gələn köməkliyi əsirgəməyəcəyini seçicilərinin diqqətinə çatdırıb.

Qəbul zamanı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən 7 fevral Prezident seçkiləri ilə bağlı deputat Jalə Əhmədova tərəfindən maarifləndirici söhbət aparılıb və seçicilərini Azərbaycanımızın gələcəyi naminə ən layiqli namizədə səs verməyə səsləyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90