image-2000x150
image-1backend

Dəniz suyunun şirinləşdirilməsinə 5 şirkət iddia edir

image-728x90

2024-cü ilin yayında 5 şirkət Azərbaycanda dəniz suyunun şirinləşdirməsi zavodunun tikintisi ilə bağlı təkliflərini təqdim edəcək.

Azərbaycanın İqtisadiyyat Nazirliyi Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə pilot layihənin həyata keçirilməsi üçün təkliflər vermiş şirkətlərin seçilməsinin birinci mərhələsini başa çatdırıb.

İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə, fevralın 8-də elan edilmiş müsabiqənin birinci mərhələsində 8 şirkət təklif verib.

“Kvalifikasiya qiymətləndirməsinin nəticələrinə əsasən, təklifləri tələblərə cavab verən 5 şirkətə müsabiqə şərtləri göndərilib. Şirkətlər öz təkliflərini 2024-cü il iyulun 1-dək təqdim etməli, bundan sonra qiymətləndirmə proseduru baş tutacaq. Layihə təkliflərinin qiymətləndirilməsinin nəticələrinə əsasən müsabiqənin qalibi elan olunacaq və onunla dövlət-özəl tərəfdaşlıq müqaviləsi bağlanılacaq”, – deyə nazirlikdən bildirilib.

Şirkətin təkliflərinə aşağıdakılar daxil edilməlidir: suyun duzsuzlaşdırılması qurğusunun layihələndirilməsi, tikintisi, maliyyələşdirmə və idarəetmə üçün potensial investorun cəlb edilməsi.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, layihənin Sumqayıt şəhərində həyata keçirilməsi planlaşdırılır. Suyun duzsuzlaşdırılması qurğusunun istehsal gücü ildə 100 milyon kubmetr su təşkil edəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90