image-rt-reklam
image-3backend

Daşkəsəndə növbəti səyyar qəbul-görüş keçirilib- FOTOLAR

image-728x90

Daşkəsən rayonunda əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə davamlı olaraq səyyar qəbullar keçirilir.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov növbəti səyyar qəbul-görüşü rayonun Gurbulaq kəndində keçirib.
Görüşdə V.Məmmədov bu gün çoxəsrlik tarixə malik Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasının 32 illiyini qeyd etməsindən, Milli Məclisin 2022-ci il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləyərək mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan olunmasından bəhs etmişdir.
Daha sonra qeyd etmişdir ki, 15 oktyabr artıq Azərbaycanın suverenliyinin bərpası günü olaraq tarixə düşdü. Azərbaycan xalqı oktyabr ayının 15-də son illərin ən önəmli, şərəfli hadisəsinə şahidlik etdi. Bu hadisə həm də Azərbaycan tarixinə əbədi həkk olundu. Prezident cənab İlham Əliyev Xankəndiyə, Xocalıya, Əsgərana, Xocavəndə və Ağdərəyə bayraq sancaraq, Azərbaycanın suverenliyinin tam bərpa edilməsini rəsmiləşdirdi. Bu tarix həm də yaddaşlarda cənab İlham Əliyevin ilk dəfə 2003-cü ilin 15 oktyabrında Azərbaycan Prezidenti seçilməsi ilə qalıb. Möhtərəm Prezident cənab İlham Əliyev 20 il öncə – ilk dəfə Prezident seçiləndə bütövlüyümüzün və suverenliyimizin bərpa olunacağını bəyan etmişdi. Bu gün artıq qətiyyətlə demək olar ki, xalqımızın arzuları reallığa çevrilib, hədəflərə çatmışıq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik.
Sonra kənd sakinlərinin müraciətləri dinlənlib.
Görüşdə sakinlərin əsas müraciətlərini kənd sakinlərinin içməli su ilə təminatının yaxşılaşdırılması, avtomobil yolunun əsaslı təmir olunması, əraziyə qaz xəttinin çəkilməsi, məşğulluğun təmin edilməsi kimi mövzular təşkil edib.
Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olundu və müvafiq qurumlara tapşırıqlar verilib.
Yerlərdə səyyar qəbulların keçirilməsini razılıqla qarşılayan sakinlər göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

image-1 image-2 image-3 image-4 image-5

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90