image-2000x150
image-11backend

DAŞKƏSƏN RAYONUNDA DİNİ RADİKALİZMLƏ BAĞLI NÖVBƏTİ MAARİFLƏNDİRMƏ KEÇİRİLİB

image-728x90
Mayın 26-da Daşkəsən Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə keçirilən görüşdə RİHBA-nın məsul işçisi Qəhrəman Hüseynov, DQİDK-nin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların qardaşlıq, dostluq, qarşılıqlı hörmət şəraitində yaşamaları, multikulturalizmin Azərbaycanda həyat tərzi olması, dini radikalizm və ekstremizmin cəmiyyətə vurduğu zərərlər barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Sonda DQİDK tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanıb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini
image-22 image-33 image-44
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90