image-2000x150
image-4backend

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin rəhbərliyi ilə tədbir keçirilib

image-728x90
Mayın 31-də keçirilmiş tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, ərazi icra nümayəndələri, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Tədbirin keçirilməsinin əsas məqsədi “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-1-ci bəndindən çıxış edərək yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun icbari qaydada sığortalanmasına nəzarət işinin təşkilidir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev giriş nitqində sığortalamanın, xüsusilə daşınmaz əmlakın icbari sığortası ilə əlaqədar maarifləndirmənin əhəmiyyəti barədə söz açıb. Vurğulayıb ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi üçün tətbiq edilir. Daşkəsən rayonu ərazisində dolu, leysan, güclü qar yağması, qasırğa və sel suları ilə müşayiət olunan təbii fəlakət halları tez-tez baş verir və əhaliyə ciddi maddi ziyanlar vurur. Ona görə də, rayon ərazisində risk amili yüksəkdir. Əgər risklər varsa, gələcək risklərin qarşısının alınması üçün mütləq vətəndaşlar öz əmlaklarını sığortalamalıdırlar.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Məmmədov mövzuya dair geniş məruzə ilə çıxış edib. Bildirib ki, daşınmaz əmlakın icbari sığortası ölkəmizdə “İcbari sığortalar haqqında” Qanunla 2011-ci ildən etibarən məcburi hesab edilir. Əgər vətəndaş evini sığorta etdirməzsə, İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə 200 manat cərimə tətbiq edilir. Hüquqi şəxslərə cərimə tətbiq etməyə səlahiyyətli qurum Fövqəladə Hallar Nazirliyidir. Fiziki şəxslərə, yəni fərdi evlərə cərimə tətbiq etmək səlahiyyəti yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. Mənzillərin icbari sığorta məbləği Bakı şəhəri üzrə 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat, digər rayonlarda 30 manatdır. Dövlət Əmlak Məsələləri Xidməti ilə İcbari Sığorta Bürosu arasında elektron mübadilə prosesi artıq yekunlaşmışdır. Bu o deməkdir ki, iyunun 1-dən etibarən İcbari Sığorta Bürosu tərəfindən dövlət əmlak məsələləri xidmətində qeydiyyatda olan evlər, onların siyahısı elektron şəkildə görülür.
Vüqar Məmmədov onu da diqqətə çatdırıb ki, hər hansı təbii fəlakət və ya hadisə zamanı insanlar onların əmlakına dəymiş zərərin ancaq sığortalandığı təqdirdə qarşılana biləcəyini bilməlidirlər.
Yığıncaqda rayonda daşınmaz əmlakın icbari sığortası sahəsində fəaliyyətin vəziyyəti və qarşıda duran işlər müzakirə olunub, müvafiq tapşırıq və tövsiyələr verilib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini
image-1 image-2 image-3 image-4
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90