image-2000x150
image-indirbackend

Daşkəsən Rayon İcra Hakimiyyəti təkzib etdi

image-728x90

“AzadSoz” Youtube internet kanalında 01.06.2023-cü il tarixdə yayımlanmış Daşkəsən Rayon  İcra Hakimiyyətinin başçısı ilə bağlı tamamilə qərəzli və böhtan xarakterli “İcra başçısı Əhəd Abıyevin şəxsi gölü” başlıqlı video süjetə Daşkəsən Rayon İcra Hakimiyyətinin təkzibi…

 “AzadSoz” Youtube internet kanalında 01.06.2023-cü il tarixdə yayımlanmış Daşkəsən Rayon  İcra Hakimiyyətinin başçısı ilə bağlı tamamilə qərəzli, böhtan xarakterli və həqiqətə uyğun olmayan “İcra başçısı Əhəd Abıyevin şəxsi gölü” başlıqlı video süjetə münasibət olaraq bildiririk ki, Xoşbulaq su anbarı Daşkəsən şəhərindən 8 km cənubda Xoşbulaq və Zağalı kəndləri arasında Qoşqar çay dərəsində yerləşir. Qoşqarçayı və Hamamçayın suyu ilə qidalanan su anbarı 1959-cu ildə Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının nəm üsulla konsentrat istehsalı üzrə texniki suya olan tələbatını ödəmək məqsədi ilə layihələndirilmiş və 1969-cu ildə inşa edilmişdir. Hazırda həmin Xoşbulaq su anbarı dövlət strateji əhəmiyyətli olmaqla ”Daşkəsən Dəmir Filiz” MMC-nin balansında olmaqla istifadəsindədir və MMC tərəfindən mühafizə olunaraq metal setka ilə hasara alınmışdır.

Məlumat üçün bildiririk ki, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun və “Daşkəsən Dəmir Filiz” MMC-nin Baş direktoru Oqtay Məmmədov iştirakı ilə 2021-ci ilin 18 sentyabr tarixində həyata keçirilmiş Beynəlxalq Sahilyanı Təmizlik Gününə həsr edilən aksiya çərçivəsində “AzerGold” QSC-nin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Xoşbulaq su anbarının ətrafını müxtəlif məişət tullantılarından təmizləmiş və su hövzəsinin “Daşkəsən Dəmir Filiz” MMC-yə aid olması barədə məlumatlandırıcı lövhələr yerləşdirmişdir.

Birmənalı olaraq təkzib edərək bildiririk ki, “AzadSoz” Youtube kanalında yayımlanmış sözügedən video-süjetdə səsləndirilən icra başçısı Əhəd Abıyevin şəxsi gölünün olması barədə fikirlər tamamilə əsassız yalandır və dövlət balansında olmaqla mühafizə edilən həmin gölün – Xoşbulaq su anbarının Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısına və ya hər hansı bir şəxsə heç bir aidiyyəti yoxdur. Göldə balıq saxlanılması da yalandır.

“AzadSoz” olaraq yuxarıda göstərilənləri nəzərə almaqla təkzib verəsiniz.

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini,

“Daşkəsən” qəzetinin baş redaktoru,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90