image-rt-reklam
image-photo_192500backend

Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb?

image-728x90

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb.

Yayılan məlumata görə, hazırda AZAL-da yoxlamalar aparılır və təhvil-təslim prossesi gedir.

Məlumatda bildirilir ki, AZAL-a rəhbərlik QSC-nin birinci vitse-prezidenti Samir Rzayevə tapşırılıb.

Yaxın vaxtlarda Cahangir Əsgərovun vəzifəsindən azad olunması ilə sərəncamın imzalanacağı gözlənilir.

Məsələyə aydınlıq gətirmək üçün Redaktor.az “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski ilə əlaqə saxladıq. P.Kəsəmənski dolayısı ilə xəbəri təkzib etməsə də bu barədə heç bir məlumat verə bilməyəcəyini, dəqiq məlumatı isə AZAL-ın mətbuat katibi Nərmin Xəlilovadan öyrənə biləcəyimizi dedi.

Məsələ ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilova ilə əlaqə saxlamaq mümkün olmadı. Onun telefonuna dəfələrlə zəng vursaq da, cavabsız qaldı.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90