image-2000x150
image-download-1backend

“Biz öz ata- baba torpaqlarımıza qayıtmalıyıq” – Arzuman Muradlı

image-728x90

“Azərbaycanlılar öz tarixi ata-baba yurdlarına qayırtmalıdırlar. Bu tarixin ən böyük qayıdışına çevrilməlidir. Onların öz  ata-baba yurdlarından qovulması uzaq tarix deyil” – Ulusal.az xəbər verir ki, bu fikirləri politoloq Arzuman Muradlı səsləndirib.

image-arzuman_muradli-yeni_foto_-2

Politoloq hesab edir ki, 1988-ci ildə qovulan 200 mindən artıq həmvətənimizin öz ata- baba yurdu olan Ermənistan ərazisinə qayıdışı sürətlənməlidir.

“Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra ilk dəfə ermənilərin Şuşa və Hadruta qayıtması mövzusuna toxunub. Paşinyan xarici işlər naziri Ararat Mirzoyana tapşırıb ki, bu məsələni BMT-nin qaçqınlar komissarı qarşısında qaldırsın. Paşinyan bununla nəyə nail olmaq istəyir? Görünür, Ermənistanın baş naziri beynəlxalq təşkilatlara göndərdikləri şikayətlərin sayını artırmaqla Azərbaycan üzərində üstünlük qazanacağını düşünür. Paşinyanın iddiasının qarşılığında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da BMT-nin qaçqınlar komissarı qarşısında azərbaycanlıların qovulduqları Göyçəyə, İrəvana,Zəngəzura , Xocalıya, Şuşanın kəndlərinə, Xankəndinə və Qarabağın digər məntəqələrə qaytıması məsələsini qaldırmalıdır.” – deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90