image-rt-reklam
image-1backend

Beyləqanda fəhlələri daşıyan avtobus qəzaya uğradı FOTO

image-728x90

Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“İsuzu” markalı avtobus Zəngilandakı tikinti işlərinə cəlb olunan fəhlələri daşıyırmış. Beyləqan rayonundakı Şəfəq qəsəbəsi ərazisində avtobus qəzaya düşüb.

İlkin məlumata görə, avtobusun aşması nəticəsində 20-dən çox yaralı var.

Bildirilib ki, hospitalizasiya olunanlardan 18-i kişi, 2-i qadındır:

“Onlardan 18-də bədənin müxtəlif nahiyələrin travması diaqnozu qeydə alınıb. 2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb”.

image-2 image-3

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90