image-rt-reklam
image-2backend

Baş verən yanğın nəticəsində məscid tamamilə yararsız hala düşüb

image-728x90

Bosniya və Herseqovinanın şimalında yerləşən Brçko şəhərindəki Hacı Paşa məscidi yanğın nəticəsində tamamilə yararsız hala düşüb. Hələ səbəbi müəyyənləşdirilməyən yanğında “Taxta məscid” kimi tanınan məsciddən yalnız divarlar qalıb. Yanğından sonra buranı ziyarət edən Tuzla müftisi Vahid Fazloviç Bosniya və Herseqovina İslam Birliyinin məscidin yenidən inşası üçün dəstək göstərəcəyini ifadə edərək “Məscidin minarəsi də yanıb. Son dərəcə kədərli və sarsıdıcı bir hadisədir”,- deyə bildirib. Bosniya və Herseqovina Prokurorluğunun yanğınla bağlı istintaq apardığını bildirən Fazloviç yanğının səbəbinin ən qısa müddətdə müəyyənləşdirilməsi çağırışını edib.

Brçko imamı Mustafa Qobeljiç də alovların olduqca güclü olduğunu vurğulayaraq “Təəssüf ki, məscidin içindən heç nəyi xilas edə bilmədik”,- deyə qeyd edib.

Bosniya və Herseqovinanın iki entitetindən biri olan Serbiya Respublikası (RS) başçısı Milorad Dodik də yanğından sonra yararsız hala düşən məscidin təmir edilməsi üçün 25 min avro yardım edəcəyini bildirib.

Brçkoda XIX əsrin birinci yarısında inşa edilən Hacı Paşa məscidi Bosniya və Herseqovinada 1992-1995-ci illərdə baş verən müharibədə minalanaraq tamamilə dağıdılmışdı. Məscid, orijinalına uyğun şəkildə yenidən inşa edilərək 2011-ci ildə ibadətə açılmışdı.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90