image-2000x150
image-3backend

 “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir.”

image-728x90

Bir xalq,bir insan üçün ən böyük sərvət müstəqil bir dövlətdə yaşamaqdır.Müstəqilik hər bir vətəndaş üçün ən böyük sərvətdir. Zəngin tarixi keçmişə malik xalqımız tarixin müxtəlif dövrlərində azadlığı, dövlət müstəqilliyi uğrunda mübarizələr aparıb.Bu yolda yeri gəlib öz canlarını sipər ediblər. Müstəqil dövləti olmaq, müstəqil dövlətdə yaşamaq səadətdir. Qüdrətli və möhkəm dövlət olmadan müstəqilliyi də əldə saxlamaq mümkün deyil.

Xalqımızın tarixi azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. Ötən əsrdə dövlət müstəqilliyini iki dəfə elan edən dövlətimiz üçün bu tarixdə bir mücadilə olub: nə olursa-olsun, müstəqil dövlət olmaq!Bu amal uğrunda addım-addım irəlilənmiş, uğrunda şəhidlər verilmişdir.

1918 ci il mayın 28  Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb.Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət idi.Cəmi 23 ay müstəqil, suveren ölkə olan və eyni zamanda  1920-ci ilin aprelində müstəqilliyi beynəlxalq səviyyədə tanınmış Azərbaycan Xalq Cümhuriyyəti birbaşa hərbi güc nəticəsində süqut etdi.

71 ildən sonra yəni 1991-ci il oktyabrın 18 Azərbaycan Respublikası öz müstəqilliyini yeniden bərpa etdi.Bu gün Azərbaycan tarixinin ən mühüm günləridən biridir. Hər zaman müstəqil, demokratik ölkədə yaşamağa arzusunda olan bir xalq üçün  çox çətin qazanılmış müstəqillik idi.Xalqın cani , qanı bahasına əldə edilmiş müstəqillik idi.Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı. Xüsusilə vurğulamaq lazımdır ki, müstəqilliyin əldə edilməsində , müstəqillik uğrunda mübarizdə Ulu Öndər Heydər Əliyevin rolu çox böyükdür.Uzaqgören dahi lider sovet hakimiyyəti dövründə dövlət səviyyəsində reallaşdırdığı tədbirlər xalqımız və ölkəmiz üçün müstəqilik uğrunda ən böyük addımlardan biri idi.Heydər Əliyevin rəhbərliyi ilə milli mədəniyyətin və ədəbiyyatın inkişaf etdirilməsi , elmi və bədii əsərlər vasitəsilə milli-mənəvi dəyərlərimizin bərpası  Azərbaycan dilinin 1978-ci ildə Azərbaycan Sovet Respublikasının Konstitusiyasına daxil edilməsi, Cəmşid Naxçıvanski adına hərbi məktəbi təsis etməklə azərbaycanlı hərbçi kadrlarının formalaşdırılması  xalqımızı müstəqilliyə hazırlamaq idi.Nəticədə 1991-ci il 18 oktyabrda Azərbaycan Dövləti 71 ildən sonra yenidən müstəqilliyini bərpa etdi.Şüphəsiz ki ,Azərbaycan xalqının ən böyük arzusu işğal altında olan torpaqlarının azad edilməsi, ərazi bütövlünün bərpa edilməsi və müstəqillik gününün həmin ərazilərdə qeyd edilməsi idi. Bu arzumuz ürəyimizdə qalmadı. Ali baş komandan İlham Əliyev xalqımızın bu arzusunu reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən Müharibəsində   Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən Azərbaycan torpaqlarından qovulub çıxarıldı, dövlətin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi Zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir.

Xəlilova Sərvinaz -Azərbaycan Dövlət Pedaqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90