image-rt-reklam
image-ilham-serencambackend

Azərbaycan və Slovakiya Müdafiə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənib

image-728x90

Azərbaycan və Slovakiya Müdafiə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənibİlham Əliyev
2024-cü il mayın 7-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Ulusal.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Slovakiya Respublikası Hökumətinə bildiriş göndərməlidir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90