image-rt-reklam
image-1backend

Azərbaycan və Rusiya XİN başçılarının müavinləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

image-728x90

Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Moskvada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə məsləhətləşmələr aparıb.

Ulusal.az bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir.

Görüş zamanı tərəflər Cənubi Qafqazda və qonşu regionlarda mövcud vəziyyəti müzakirə ediblər.

Nazirlər müavinləri Avropa İttifaqı və NATO məsələləri, ATƏT-dəki vəziyyət və Avropa Şurasının regional fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar. Qarşılıqlı maraq doğuran bir sıra ikitərəfli və beynəlxalq mövzulara toxunulub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90