image-2000x150
image-1backend

Azərbaycan QHT-sinin Özbəkistan təmsilçiliyi yaradılacaq

image-728x90

“Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin Özbəkistan təmsilçiliyi yaradılacaq.

Ulusal.az xəbər verir ki, bu barədə məlumatı İctimai Birliyin sədri Süleyman İsmayılbəyli verib. O bildirib ki, məsələ ilə bağlı artıq qarşı tərəflə ilkin razılıq əldə edilib:

“Bu günlərdə Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) təsisçisi və baş direktoru Ruslan İmanzadə Azərbaycanda işgüzar səfərdə idik. Səfər çərçivəsində ATUİAB sədri ilə görüşüb birgə əməkdaşlıq məsələlərini müzakirə etdik. İlkin razılıq əldə etdik ki, Özbəkistanda “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin təmsilçiliyi yaradılsın. Təşkilatımızın Özbəkistan üzrə təmsilçisi də məhz Ruslan İmanzadə olacaq”.

Süleyman İsmayılbəyli deyib ki, Ruslan İmanzadə həmçinin Daşkənt Kimya Texnologiya İnustutunda Rektor müşaviri vəzifəsində çalışır və bu ölkənin elm ictimaiyyəti ilə də yaxından əməkdaşlıq edir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90