2002-ci ildən Azərbaycan neftinin (Azeri Light) dünya bazarında satışını tənzimləmək üçün özəl şirkətlər lazım idi. Məhz həmin ərəfədə Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbəri olan Rövnəq Abdullayev bu işə yaxın qohumu Anar Əlizadəni qoşdu. Cəmi 24 yaşı olan Anar Əlizadə artıq Rövnəq Abdullayevin himayəsi ilə Azərbaycan neftini dünya bazarına çıxarmağa başladı. Bunun ardınca Union Grand Energy Şirkətlər Qrupunu,Socar Trading-ni yaratdılar.
Bu yüksəliş 2005-ci ildən daha da artmağa başladı. SOCAR prezidenti olan Rövnəq Abdullayev yaxın adamı olan Anar Əlizadə ilə birlikdə öz fəaliyyətlərini genişləndirirdilər.
Anar Əlizadə BƏƏ-də neft satışı ilə bağlı şirkətlər qurmağa başladı. Məhz bu ərəfədə o,”Grand MMC” adlı şirkəti təsis edərək Azərbaycanda böyük lahiyəlr həyata keçirməyə başladı. Bu işdə sözsüz Rövnəq Abdullayevin dəstəyi böyük oldu. Rövnəq Abdullayevin dəstəyi ilə Anar Əlizadənini şirkətləri ARDNŞ-nin tərəfdaşına çevirildi. Bu tərəfdaşlıq daha sonra Azərbaycan neftinin (Azeri Light) dünyada bazarında satışını həyata keçirən yerli şirkətin – SOCAR Trading SA-nın yaradılması ilə nəticələndi. SOCAR Trading SA-nın 25% səhmlərinə sahib olan Anar Əlizadə, eyni zamanda, 6 il müddətində şirkətin Baş İcraçı Direktoru və Direktorlar Şurasının Sədri vəzifələrini həyata keçirdi.2017-ci ildə isə Anar Əlizadə bütün mövcud şirkətlərini 2007-ci ildə Sinqapurda təsis etdiyi Union Grand Energy Şirkətlər Qrupu altına topladı. Bundan sonra da Anar Əlizadə Azərbaycan neftini satan şirkətlərə rəhbərlik etməyə başladı. Bu yolla onlar ucuz qiymətə aldıqları nefti dünya bazarına çıxardırdılar. Hazırda da Anar Əlizadəyə bağlı şirkətlər Azərbaycan neftinin satışını həyata keçirdir.
Davamı olacaq…