image-2000x150
image-ceyhun66backend

Azərbaycan iqtisadiyyatına çox böyük təkan verilmişdir və o, bu gün də davam etdirilir

image-728x90

Milli Məclisin deputatı Ceyhun Məmmədov
Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır.

Azərbaycan iqtisadiyyatının inkişaf potensialı çox böyükdür. Azərbaycan iqti- sadiyyatına çox böyük təkan verilmişdir və o, bu gün də davam etdirilir. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını sənaye təşkil edir.

Qеyd еtmək lаzımdır ki, Аzərbаycаnın dünyаdа nеft və qаz ölkəsi kimi tаnıyırlаr. Bu gün respublikamızda istehsal edilən neft-qaz xalqımızın güzəranının yaxşılaşmasında, onun ictimai-siyasi həyatında böyük rol oynayır. Bu nemət ulu öndər Heydər Əliyevin memarı olduğu neft strategiyasının uğurla həyata keçirilməsi sayəsində ölkəmizdə dinamik inkişafın təmin edilməsi, əhalinin rifahının yaxşılaşması, dünya təsərrufat sisteminə inteqrasiya əlaqələrinin güclənməsi mümkun olmuşdur.

Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Müstəqil Azərbaycanın gələcək iqtisadiyyatının inkişafı neft sənayesindən çox asılıdır. Ona görə də dövlət bu sahəyə xüsusi fikir verir.

Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir.
Neft strategiyasının ölkəmizə gətirdiyi böyük dividentlərdən biri də Azərbaycanın beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsi olub. “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıtmış oldu. Mənbəyini məhz “Əsrin müqaviləsi”ndən götürən bu zəngin potensial hazırda Azərbaycanı regionun neft-qaz dövlətinə çevirib.
Bu uğurlar, eyni zamanda, Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlanır.

Təsadüfi deyil ki, bunu nəzərə alan ulu öndər Heydər Əliyevin Fərmanına əsasən məhz “Əsrin müqaviləsi”nin imzalandığı gün – 20 sentyabr ölkəmizdə həm də Neftçilər günü kimi bayram edilir.

Ölkəmizdə neft sektoru ilə yanaşı qeyri-neft sektorunun inkişafına xususi diqqət yetirilir. Bu işdə iqtisadi islahatların, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramlarının həyata keçirilməsi müstəsna rol oynayır. Məhz bunların sayəsində regionlarda sahibkarlıq inkişaf edir, yeni iş yerləri yaradılır.

Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Bu sahələr arasında kənd təsərrüfatı və turizmin əhəmiyyətini xüsusi qeyd etmək olar.
Araşdırmalar göstərir ki, kənd təsərrüfatı Azərbaycan üçün strateji sektordur və qeyri-neft ixracının artmasında xüsusi rol oynayır. Belə ki, ölkənin məşğul əhalisinin çox hissəsi məhz kənd təsərrüfatında çalışır. Bu səbəbdən ölkədə kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramları, islahatlar və yeni texnologiyaların cəlb edilməsi həyata keçirilməkdədir.

Turizm dünya iqtisadiyyatının ən dinamik inkişaf edən sahələrindəndir. Azərbaycanın zəngin turizm potensialına malik olması və ölkədə turizm infrastrukturunun son illər sürətli inkişafı qeyri-neft sektorunun bu istiqaməti üzrə ölkəyə böyük gəlirlər vəd edir.

Turizm sektorunun inkişafı iqtisadiyyatın müxtəlif sahələrinin, əsasən ərzaq istehsalı üzrə olan sahələrin inkişafına səbəb olur ki, bu da ümumiyyətlə yüngül və yeyinti sənayesi ilə kənd təsərrüfatının qarşılıqlı fəaliyyətinə stimul yaradır. Bütün bunlar zəncirvari olaraq milli iqtisadiyyatın iqtisadi inkişafı üçün zəmin yaradır. Odur ki, müasir şəraitdə turizm sənayesinin inkişafı üçün innovasiyalı idarəetmə prinsiplərinin və mexanizmlərinin yaradılması çox zəruridir.

Müаsir dövrdə хаrici-iqtisаdi əlаqələrin gеnişlənməsi milli iqtisаdiyyаtımızı dünyа iqtsаdiyyаtının аyrılmаz bir hissəsinə çеvirmişdir.

 

 

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90