image-2000x150
image-settar2backend

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ümumhəmkarlar İttifaqları Konfederasiyasının prezidentinə başsağlığı verdi

image-728x90

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Ümumhəmkarlar İttifaqları Konfederasiyasının prezidenti Aleksandr Korçaginə başsağlığı məktubu göndərib.

Məktubda deyilir:
“Hörmətli Aleksandr Viktoroviç!
Moskvadakı “Crocus City Hall” konsert zalında terror aktı nəticəsində çoxsaylı insan tələfatı və yaralananların olması xəbəri məni dərindən sarsıtdı.
Baş verən terror hadisəsini pisləyir, Sizə, eləcə də həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan həmkarlar ittifaqlarının üzvləri və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyirəm”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90