image-rt-reklam
image-10_19_11_media-ebd675d7-3594-4fe9-aae7-e91618145825-vkg219iynasxztf53pro-620x460backend

Azərbaycan güclü idman dövlətidir

image-728x90

Azərbaycanda idmana göstərilən dövlət qayğısı, ölkənin sosial və milli inkişaf strategiyasının mühüm bir hissəsidir. Çünki, idmanla məşğul olmaq yalnız fiziki sağlamlığı deyil, həm də vətənpərvərlik, milli birlik və fəxr hissini gücləndirir. Dövlətin idmana verdiyi dəstək bu sahənin inkişafını sürətləndirir, ölkənin beynəlxalq arenada tanınmasında öz rolunu oynayır.

Azərbaycanda idmana göstərilən dövlət qayğısının istiqamətlərindən biri də idman infrastrukturlarının inkişafıdır. Belə ki, bu istiqamətdə ölkə ərazisində müasir idman komplekslərinin, stadionların və müxtəlif idman meydançalarının tikintisini və təmirini misal göstərmək olar. Bu isə həm yerli idmançılara, həm də ölkəmizdə keçirilən beynəlxalq yarışların iştirakçılarına yaxşı şəraitin yaradılmasını təmin edir. Bununla yanaşı, idman sahəsinə dövlət qayğısını təhsil və kadr hazırlığında da görmək olar. Məktəblərdə və ali təhsil müəssisələrində idman təhsilinin təşviqi, idman müəllimlərinin peşəkarlığının artırılması üçün təşkil olunan proqramlar buna misal göstərilə bilər. Eyni zamanda, idman akademiyası və klublar gənc istedadların yetişdirilməsi üçün müasir metodlarla təmin edilir. Bildiyimiz kimi, ölkəmizdə idman tədbirlərinin təşkilinə də böyük diqqət yetirilir. Müxtəlif milli və beynəlxalq yarışların keçirilməsi, idman festivalları və turnirlər ölkədə idman mədəniyyətinin inkişafına kömək edir. Bu tədbirlər həm də yerli idmançıların motivasiyasını artırır və cəmiyyətin idmana olan marağını gücləndirir. Dövlətin idmana göstərdiyi qayğının başqa bir aspekti də idmançılara maddi və mənəvi dəstəkdir. Dövlət tərəfindən idmançılara müxtəlif mükafatlar, təqaüdlər və stimullar təqdim edilir. Bu dəstək, onların beynəlxalq yarışlarda uğur qazanması və dolayısıyla ölkəmizin adının layiqincə təmsil edilməsinə şərait yaradır.Bildiyimiz kimi, bu il Fransanın paytaxtında keçirilən XXXIII Paris Yay Olimpiya Oyunlarında ölkəmiz 2 qızıl olmaqla ümumilikdə 7 medalla ilk 30 ölkə arasında yer tutub. 14 avqust tarixində cənab Prezident İlham Əliyev bu yarışlarda medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul etmişdir. Qəbulda çıxışı zamanı ölkə başçımız idmançıları qələbə münasibətilə təbrik etmiş, yarışlarda Azərbaycan bayrağının ucaldılmasının bütün azərbaycanlıların sevincinə səbəb olmasını vurğulamışdır. Məlumdur ki, Olimpiya Oyunları bəşəriyyətin ən qədim və prestijli idman tədbirlərindən biridir. Bu oyunlar idmançıların yüksək səviyyəli bacarıqlarını nümayiş etdirdiyi bir platformadır. Hər dörd ildən bir təşkil edilən Olimpiya oyunlarında dünyanın müxtəlif ölkələrindən gələn idmançılar öz gücünü, çevikliyini və texnikasını ən yaxşı şəkildə nümayiş etdirirlər. Bu cür qlobal miqyasda yarışlar idmançıların professional inkişafını təmin edir və idman texnikalarının müasirləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müstəqil dövlət kimi 1996-cı ildən etibarən Olimpiya Oyunlarında iştirak etməyə başladı. O vaxtdan bəri idmançılar Olimpiya oyunlarında əzmkarlıqla iştirak edərək müxtəlif medallar qazanmışlar. Bu qələbələr Azərbaycanın beynəlxalq idman arenasında tanınmasına və ölkənin idman potensialının nümayişinə şərait yaratmışdır. Azərbaycanın Olimpiya qələbələrində əsas faktorlardan biri də idmançıların yüksək səviyyədə təlimi və hazırlığı, müasir idman infrastrukturunun mövcudluğu və dövlətin idmana verdiyi dəstəkdir. Dövlət tərəfindən idmançılara təmin edilən müasir məşq şəraiti, tibbi dəstək və maliyyə yardımı, onların beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırır. Bu qələbələr həm idmançının şəxsi müvəffəqiyyəti, həm də Azərbaycanın qlobal idman mühitindəki mövqeyini güclənməsinin bir göstəricisidir. Hər bir medal Azərbaycan xalqının idman sevgisini və idmançılara olan dəstəyini artırır.

Sailə Salahova

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90