image-2000x150
image-img-20230422-wa0008backend

Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq

image-728x90

Artıq icra olunmuş iki layihə bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq. Hazırda artıq iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır – Ağalı və Talış kəndlərində. Bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük – abad şəhərlər, kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur.
Azərbaycan xalqı hazırda tarixi ədalətin bərqərar olduğu və xalqımızın qürur mənbəyinin gücləndiyi, xalqla iqtidar, lider arasında qırılmaz tellərin bağlandığı, millətin və dövlətin bir yumruq kimi birləşdiyi şəraitdə, həm də rəşadətli və müzəffər ordumuzun torpaqlarımızı göz bəbəyi kimi qorumağa, ona göz dikən düşmənlərin dərhal başını əzməyə qadir olduğu şərəfli bir dövrdə yaşayır. Belə bir dövrdə Azərbaycanımızın qüdrətini və gücünü daha da artırmaq, milli sərvətlərindən səmərəli istifadə etmək, yeni reallıqlar şəraitində məhsuldar iqtisadi inkişaf və tərəqqi modeli formalaşdırmaq və inkişaf etdirmək vacib şərtlərdəndir.
2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Böyük Qarabağ Zəfərindən sonra ölkəmizin iqtisadi inkişafının yeni və obyektiv reallıqlara uyğun olaraq təkmilləşdirilməsi, idarəetmə formalarının daha çevik və səmərəli olaraq tənzimlənməsi bir real zərurət kimi ortaya çıxmışdır.
Dövlət başçımız mürəkkəb bir şəraitdə mühüm fərman imzalayaraq iqtisadi rayonların yeni bölgüsünü təsdiq etmiş və ölkə iqtisadiyyatının idarə edilməsinin strateji istiqamətlərinin yenilənməsinə start vermişdir. Belə ki, ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü təsdiq olunmuşdur. Fərmana ,əsasən, ölkənin iqtisadi rayonlarının siyahısına  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarıda əlavə edilmişdi. Bu tarixi sənədlə Azərbaycanın mövcud  iqtisadi rayonlarının sayı 10-dan 14-ə yüksəlmişdir. Bu sənəddə qeyd edilir ki, işğaldan azad olunmuş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri obyektlərin yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Prezidentimiz qeyd edib ki, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edib.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misli görünməmiş tikinti-quruculuq və bərpa işləri, müxtəlif təyinatlı sosial-infrastruktur layihələri, Böyük Qayıdışın reallaşmasını təmin edəcək yaşayış sahələrinin tikintisi Prezidentin bir il öncə imzaladığı tarixi Fərmanın uğurlu göstəricisidir. Dünya bazarında neftin qiymətinin artması ilə dövlət büdcəsində edilən dəyişiklik də bu prosesin daha da sürətlənməsinə real zəmin yaradıb.
Ölkəmizdə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” üzrə hədəflər reallaşdırılmaqdadır. Fikrimcə, bu proseslərdə ölkəmizin qüdrətli dövlətə çevirilməsi imkanları daha da artacaqdır və milli təhlükəsizliyimizin, həmçinin iqtisadi təhlükəsizliyimizin xeyli gücləndirilməsinə nail olacağıq. Belə ki, Qarabağ iqtisadi rayonu yaradılmaqla, Qarabağın özü bütöv bir iqtisadi-siyasi anlayış olaraq gündəmə gəlir və revanşist fikirlərə qarşı tədbir kimi qiymətləndirilə bilər. Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması, Azərbaycanın öz əzəli torpaqlarını dirçəltmək və inkişaf etdirmək niyyətinin nə qədər güclü olduğunu ifadə edir. “Bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün münbit şərait yaranır. Ermənistan və ya digər revanşist-radikal qüvvələr sülh yolunu seçməyə məhkumdur. Bir sözlə, cənab İlham Əliyevin sərəncam və fərmanları strateji mahiyyətli, konseptual xarakter daşıyır. Bu sənədlərin əsas məqsədi Azərbaycanın gələcəyini təmin etmək, onu bir dövlət kimi daha da gücləndirməkdir” . Eyni zamanda, görülən tədbirlər nəticəsində, ölkəmizin bölgələrdə olan resurs potensialından istifadənin səmərəliliyi dəfələrlə arta bilər.

Günay Abdullayeva Ceyhun
Azərbaycan Dövlət Pedaqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90