image-2000x150
image-bez-nazvaniya-1backend

“Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır” – Arzuman Muradlı

image-728x90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri martın 14-də başa çatdı. Səfər çərçivəsində dövlət başçısı Almaniya Prezidenti, kansleri, rəsmi şəxsləri, Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri və s. ilə olduqca səmərəli görüşlər keçirib.
İki dövlət arasında münasibətləri yüksək dəyərləndirən politoloq    Arzuman Muradlı Ulusal.az-a açıqlamasında bildirdi ki, səfər çərçivəsində aparılan müzakirələr münasibətlərin yüksək səviyyədə olduğunu və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcudluğunu göstərir.

“Bu görüşlərdə və daha sonra ölkə rəhbərləri səviyyəsində verilmiş açıqlamalardan aydın görünür ki, Almaniya Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür və Azərbaycan hökuməti ilə müxtəlif səviyyələrdə və müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Hər bir Avropa dövləti kimi Almaniya da Asiya qitəsi ilə iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məhz Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olunması ilə birbaşa bağlıdır. Bu görüşlərdə Almaniya rəsmiləri bir daha etiraf etdilər ki,Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır.”.

Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olunması ilə bağlı Almaniya hökumətinin Azərbaycanın göstərmiş olduğu diqqəti yüksək dəyərləndirən Arzuman Muradlı qeyd etdi ki, xüsusən də rəsmi Berlin tərəfindən ölkəmizin ərazi bütövlüyünü birmənalı olaraq dəstəklənməsi diqqətəlayiq haldır.

“Səfər çərçivəsində Prezident İlham Əliyevin otuza yaxın biznes təmsilçiləri ilə görüşləri baş tutdu. Bu görüşlərdə ölkəmizin biznes potensialı və xarici sərmayəçilər üçün yaradılmış əlverişli biznes mühiti haqqında ətraflı məlumat verildi. Bu görüşlərdə və mətbuat konfransında ölkə başçısı Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, ənənəvi və bərpa olunan enerji ixracatı sahəsində strateji tərəfdaşlıq və bu əməkdaşlığın inkişaf potensialları barədə açıqlama verdi. Səfər çərçivəsində keçirilmiş görüşlərin Almaniya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə böyük töhfə verəcəyi şübhəsizdir və əminəm ki, qarşıdakı illərdə biz bunun faydalı nəticələrini görəcəyik”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90