image-rt-reklam
image-1backend

Aylıq 6500 manat alırlar: Türklər axın-axın bu ölkəyə gedirlər

image-728x90

Türkiyədən bəzi insanlar qanuni iş və yaşayış icazələri ilə Almaniyaya getməyə davam edir. Bəziləri isə qeyri-qanuni yollarla ölkəyə daxil olmağa çalışırlar.

Ulusal.az xəbər verir ki, 2024-cü ilin ilk 7 ayında 25 min 59 türk qeyri-qanuni yollarla Almaniyaya daxil olaraq sığınacaq istəyib. Onların çoxu gənc ailələrdir. Sığınacaq üçün müraciət edənlərə adambaşına 870 manat yardım verilir. Sığınacaqları qəbul edilən və ya hüquqi müdafiə statusu alanlara isə ayda 1070 manat ödənilir.

Bununla yanaşı ev kirayəsi, yanacaq və sağlamlıq yardımı da edilir. Dörd nəfərdən ibarət ailəyə sığınacaq verildikdə 6500 manat yardım hesaba yatırılır. Türklərin sığınacaq müraciətlərinin 90 faizi rədd edilir.

Mühacirlərə verilən yardım və işsizlərə verilən yüksək vəsait Almaniya hökumətində böyük mübahisələrə səbəb olur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90