Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs Elnur Mahal oğlu Həsənova hökm oxunub.
Ulusal.az-ın məlumatına görə, dövlət ittihamçısı Cövdət Mehrəliyev Elnur Həsənovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hakimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan ediblər. O, 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Elnur Həsənov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalıdır və 8 aydır Xətai Rayon Polis İdarəsi tərəfindən həbs olunub.