image-rt-reklam
image-1backend

Arvadından şübhələnən kişi ona “dağ basdı” — TƏFƏRRÜAT

image-728x90

Bakının Xətai rayonunda 1987-ci il təvəllüdlü Xalid ər-arvad münasibətində yaşadığı Sevdaya (adlar şərti göstərilib – red.) işgəncə verib.

Ulusal.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 28-də baş verib. Xalid qeyri-rəsmi ər-arvad kimi yaşadığı Sevdanın işdən çıxdıqdan sonra evə gec gəlməsi, eləcə də sosial şəbəkələrdə digər şəxslərlə danışmasından şübhələnib.

Bu səbəbdən onların aralarında mübahisə yaranıb. Mübahisə zamanı Xalid mayın 28-də. saat 23 radələrində kirayə qaldığı evdə yumruqla Sevdanın sifət, boyun, sinə və ayaq nahiyəsinə vurub.
Daha sonra Xalid mətbəxdən götürdüyü bıçağı məişət qazının alovunda qızdıraraq Sevdanın qarın və ayaq nahiyələrinə sıxaraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Xalidin barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə – işgəncə verməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xalid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisənin baş verdiyi gün işdən evə əsəbi gəlib: “Qeyri-rəsmi nikahda olduğum həyat yoldaşım Sevdanın telefonuna işlədiyi yerdən bəzi əşyaları işə aparması ilə bağlı gələn mesajı oxudum. Sonra qısqanclıq edərək Sevda ilə mübahisə etməyə başladım. Hadisədən əvvəl iş yerimdən gətirdiyim plastik materialları mətbəx bıçağını qızdıraraq kəsməklə məşğul oldum. Mübahisə vaxtı əsəbi olduğumdan həmin bıçağı qazın üstünə qızdıraraq arvadımın qarın və ayaq nahiyələrinə xəsarət yetirdim”.

İş üzrə zərərçəkmiş Sevdanın sözlərinə görə, mayın 28-də işdən evə gəlib, həmin vaxt mobil telefonuna işi ilə bağlı mesaj gəlib: “Bu zaman Xalid telefondakı mesajı oxudu. O, səhv başa düşdüyündən əsəbləşdi. Məsələyə aydınlıq verməyə çalışsam da, Xalid məni dinləməyərək ilk öncə əli ilə vurdu. Zərbənin təsirindən yıxıldım. Bu hadisədən əvvəl Xalid mətbəx bıçağını qızdıraraq plastik kəsib. Xalid məni vurduqdan sonra ona mesajın işlə bağlı olduğunu, böyüdüləcək məsələnin olmadığını bildirdim. Həmin sözə görə Xalid əsəbləşərək mətbəx bıçağını qızdıraraq qarın və bud hissəmə vuraraq xəsarət yetirdi. Hadisə vaxtı evdə azyaşlı övladımdan başqa heç kəs olmayıb. Mən köməyə heç kəsi çağırmamışam”.
Bu cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xalid 1 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90