image-rt-reklam
image-1backend

Arbitrajla əlaqədar ərizələrə görə rüsumlar müəyyənləşir

image-728x90

Arbitrajla əlaqədar ərizələrə görə dövlət rüsumları müəyyənləşir.

Ulusal.az-ın xəbərinə görə, bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı rüsumlar müəyyənləşir:

– Arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə – 100 manat;

– Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 50 manat;

– Arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə – 100 manat;

– Yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə – 50 manat;

– Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə – 100 manat.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90