image-2000x150
image-6backend

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

image-728x90

Seymur Orucovun sədrliyi ilə RİH başçısı aparatının inzibati binasında keçirilən iclasda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, başçının müavinləri, aidiyyəti təşkilatların və yerli özünüidarəetmə orqanlarının məsul şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. RİH başçı gündəlikdə duran məsələləri diqqətə çatdırıb və iclası açıq elan edib.
Başçının müavini-hümanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova rayonda əhalinin sağlamlığının qorunması üzrə dövlət proqramlarının təşkili, vətəndaşların sağlamlığının qorunması hüququnun həyata keçirilməsinə köməkliyin göstərilməsi, sağlam həyat tərzinin təbliği üçün müvafiq tədbirlərin görülməsinə dair geniş məruzə ilə çıxış edib.
Rayon prokuroru Anar Cəfərov, rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov, Ağstafa Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Səyyad Yusifov, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru
Zoya Nəbiyevanın məsələlər ətrafında aprılan müzakirələrdə fikirləri dinlənilib.
Gündəlikdə duran digər məsələ – Ağstafa şəhərində, qəsəbə və kəndlərdə əhalinin, idarə, müəssisə və təşkilatlarda çalışanların iməclik keçirmək təşəbbüslərinin dəstəklənməsi, inzibati və sosial binaların ərazisində abadlıq işlərinin mütəmadi aparılması və abad həyat layihələrinin həyata keçirilməsinin təmin edilməsinə dair də geniş müzakirələr aparılıb. Hər iki məsələ ilə əlaqədar şura tərəfindən müvafiq qərar qəbul edilib.

image-1 image-2 image-3 image-4 image-5 image-6

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90