image-rt-reklam
image-abc5161c-fc1c-33b9-adb8-6fc310fd4ee2backend

Abşeronda qanunsuz tikintinin qarşısı alındı

image-728x90

Abşeron rayonunun Məmmədli kəndi ərazisində qanunsuz tikintinin qarşısı alınıb.

Ulusal.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi adıçəkilən ərazidə müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edib.

Həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və obyekt sökülüb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90