“Azərbaycan region üçün olduqca vacib ölkədir. Bunu bizim kimi Qərbdə də, Rusiyada da, eləcə də Asiyada da anlayırlar. Bəzi ölkələrin Azərbaycanla bağlı planları reallaşmayanda çirkin əməllərə əl atırlar.” – bu fikirləri Ulusal.az-a açıqlamasında Politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, istər Qərb ölkələri, istərsə ABŞ bu gün bizə qarşı çirkin siyasətdən istifadə edir.
“44 günlük müharibədən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan Qərb və ABŞ, bu gün taktikasını dəyişərək milli dəyərlərə böyük təhlükə olan LGBD, əxlaqsızlığı təbliğ edən “feministlər”, Vətən Müharibəsindəki Zəfəri dəyərsizləşdirməyə çalışan “NO WAR”çılardan istifadə etməyə çalışır, ermənipərəst və antitürk, anti-Azərbaycan düşüncəli Samanta Pauerin rəhbəri olduğu USAİD xətti ilə bu qruplara maliyyə ayırır. Bunların heç biri bizim vətənimiz üçün keçərli deyil. Bu çirkin siyasətin bizim mənəvi dəyərlərimizə zərbə vurduğunu düşünürəm. Son günlər həmin qüvvələr yenidən ağalarının sifarişi ilə aktivləşiblər.”-deyə Arzuman Muradlı bildirib.