image-rt-reklam
image-1backend

50 manata görə tanışını öldürdü – 15 il 6 ay həbs verildi

image-728x90

Qaradağ rayonunda tanışını öldürməkdə şübhəli bilinən Rauf Salayevin məhkəmə prosesi yekunlaşıb.

Ulusal.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər məhkəməsində hakim Leyla Əsgərova- Məmmədovanın sədrlik etdiyi iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə Rauf Salayev 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror təqsirləndirən şəxsin 18 il 6 ay müddətinə azadlıqdan məhrum esikməsini istəmişdi.

İttihama görə, Rauf Salayev Qoşqar Qarazadəyə çatdırmaq üçün onun plastik kart hesabına göndərilmiş 50 manat məbləğində pulu xərcləyib. O, Lökbatan yolunda yerləşən “Cənub qapısı” yaşayış kompleksinin həyətindəki bərbərxananın qarşısında Qoşqarla rastlaşıb. Bu zaman Qoşqar həmin pulu qaytarmasını tələb edib və aralarında mübahisə yaranıb.

Təqsirləndirilən şəxs Qoşqar Qarazadənin ünvanına nalayiq ifadələr işlədərək onu yerə yıxıb, ona qarşı qərəzli xuliqanlıq hərəkətləri edib. Təsadüfən həyətdə olan Ömər Hudulov müdaxilə edərək mübahisəni sakitləşdirməyə cəhd edib.

Ömər mübahisəyə aydınlıq gətirmək üçün saat 00:00-da zəng vuraraq qardaşı Həsən Hudulovu çağırıb və Həsən həyətdəki supermarketin yaxınlığına gələrək Rauf Salayevə hücum edib.

Bu məqamda Rauf Həsən Hudulovun şalvarının bel hissəsinə qoyduğu bıçağı görüb, cǝld bıçağı götürüb və Həsənin ürəyindən vuraraq öldürüb.

Rauf Salayevə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90