3 ildir ki, bu bayramın doğma Qarabağımızda, müqəddəs torpaqlarımızda, Şuşada bayram süfrəsi açmaqla, Novruz tonqalı alovlandırmaqla qürurunu yaşayırıq.
Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz ailə üzvləri ilə xalqımızı azad edilmiş torpaqlardan təbrik edir, sonsuz arzularını çatdırırlar. Bundan böyük xoşbəxtlik, bayram əhval-ruhiyyəsi ola bilməz.
Novruz bayramı Qarabağ və Zəngəzurda, Ağalı kəndində bayram süfrəsi açılmaqla qeyd edilir, əsgərlərimiz Şuşada Novuz tonqalı ətrafında bu əziz bayramı sevinclə, böyük coşqu və təntənə ilə qarşılayır, Qarabağda Novruz səmənisi boy atır.
Novruz bayramı milli dəyərlərimizin əbədiyaşarlıq rəmzidir, ümumxalq bayramıdır. Novruz bundan sonra həm də Zəfər bayramı kimi qeyd olunur, Qarabağın əbədiyaşarlıq rəmzinə çevrilir, Zəfər tonqalları alovlanır.
Əziz Şəhid Anaları və Bacıları, Ailələri, Cəsur Qazilərimiz, sizə bu əziz gündə sonsuz minnətdarlığımı çatdırır, hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram. Birliyin, bərabərliyin, qardaşlığın bolluğun və bərəkətin bayramı olan Novruzunuz bərəkətli olsun.
Əziz xalqım, Sizi Novruz bayramı münasibətilə təbrik edir, hər birinizə bahar təravətli uzun ömür, cansağlığı və ailə səadəti arzu edirəm.
Bu gözəl gündə süfrənizin bol ruzili, tonqalınızın gur alovlu olmasını, bütün arzularınızın çin olmasını diləyirəm.
Novruz bayramınız mübarək olsun!
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki





















