image-rt-reklam
image-1backend

200 uşaq beynəlxalq qiymətləndirmə tədqiqatına (IELS) cəlb olunub

image-728x90

Bakıdakı 16 məktəbəqədər təhsil müəssisəsindən 200 nəfər 5 yaşlı uşaq Elm və Təhsil Nazirliyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatının (IELS) sınaq mərhələsində iştirak edib.

Qeyd edək ki, IELS 5 yaşlı uşaqların ilkin savadlılıq, özünütənzimləmə, özünüidarə, sosial emosional və ilkin riyazi bacarıqlarını ölçən oyun əsaslı qiymətləndirmədir. Bundan əlavə, tədqiqat zamanı uşaqların ev və erkən təhsil mühitinin xüsusiyyətlərini araşdırmaq məqsədilə müəllimlər və valideynlər sorğuya cəlb edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90