image-rt-reklam
image-555backend

YAP nümayəndə heyəti Türkiyəyə səfər edib, zəlzələ bölgəsində olub

image-728x90
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti qardaş Türkiyə Respublikasında səfərdədir.

Ulusal.az xəbər verir ki, səfər çərçivəsində YAP nümayəndə heyəti Kahramanmaraşda dəhşətli zəlzələ zamanı böyük dağıntılara məruz qalmış Azərbaycan bulvarı adlı yaşayış ərazisini ziyarət ediblər.

Məlumat üçün bildirək ki, dağıdıcı zəlzələ zamanı bu şəhərdə 12748 insan ölüb. Zəlzələdən sonra aparılmış yoxlamalar zamanı aydınlaşdırılıb ki, son 20 il ərzində dövlət tərəfindən inşa edilmiş binaların heç biri təbii fəlakət zamanı zərər çəkməyib. Onu da əlavə edək ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ağır nəticələri ilə əlaqədar Azərbaycan dövləti tərəfindən Sütçü İmam Üniversitesinin ərazisində 1500 çadır qurulub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90