image-rt-reklam
image-5backend

Türk Dünyasını Anladan  Beş Dəyərli Kitab

image-728x90

Cavanşir Feyziyevin”Türk dünyası” əsərləri haqqında

Cavanşir  Əyyub oğlu Feyziyevin beş ciliddən ibarət “Türk dünyası” adlanan əsərlərndə tariximizdə və günümüzdə türk dünyasının    böyüklüyünü və bütövlüyünü özündə əks etdirən, məsələlər üzərində dayanmışdır. Müəllif türk dünyası haqqında, onun sivilizasiyasının təməl dəyərlərini, türk sivilizasiya anlayışının bütün tamlığı ilə açılması və təqdim edilməsi  üzərində profiosional şəkildə izləmişdir. Müəllif hər  bir kitabda türk dünyası ilə bağlı məqamları  dəyərli faktlar üzərindən  izləmiş, araşdırmış və vacib olan məqamları geniş şəkildə  təqdim etmişdir. Birinci kitabı müəllif “Türk sivilizasiyasının  təməl dəyərləri adlandırır.  Bu kitabda Cavanşir müəllim əsasən dünya türklüyünün bütövlük və  gerçəkliyi üzərində dayanaraq real faktlara əsaslanaraq, vacib məqamları əsərə daxil etmişdir. Əsərin ilk  hissəsində  dolğun və  zəngin mənbə və ədəbiyyatlardan bəhrələnərək ilk olaraq özünə borc bilmişdir ki, “Türk sivilizasiyası” anlayışı haqqında zəngin məlumat versin, türk etnonimi məsələləri üzərində dayanaraq dünyada mövcud olan mədəniyyət və sivilizasiyaların qarşılıqlı münasibətləri prosesində türk sivilizasiyası anlayışının özünə topladığı funksional keyfiyyətləri sadalayaraq əsərin dəyərini daha da artırsın. Və bu ideyaya hərtərəfli şəkildə yiyələnmişdir. Burada türk xalqlarının  böyüklüyü, qədimiliyi, vətənə münasibəti, dilin inkişafı prosesində onun öz linqivistik özəyini, təkamül qanunlarının qorunması, qarşılıqlı sivilizasiya münasibətlərində türk dilinə gələn gəlmə sözlər, əsasda bu gəlmə sözlərin çox olmasına baxmayaraq dili zədələməməsi və bütün keyfiyyət göstəricisinə çevrilməsi məsələsi də daxil edilir. Türk xalqlarının mədəniyyəti, sosial  və siyasi mənada  müasirləşməsi məsələsi də birinci kitabda araşdırılaraq, türk dünyasının vəhdəti, türk sivilizasiyasının bölünməzliyi məsələsi  diqqətə çatdırılır. Kitabda o da qeyd edilir ki, “Türk dünyasının təkcə ictimai siyasi baxımdan deyil, həm də bədii estetik mədəniyyət baxımından orqanikliyi, bütövllüyü və rəngarəngliyi digər sivilizasiya və onun yaradıcılarına xoşməramlı münasibətdə bütün gözəl cəhətlərilə üzə çıxmışdır” Birinci kitabda Qədim türklər və onların həyat tərzi, türklərin tarixi geopolitikası, türk dilləri ailəsi, türklər və böyük ipək yolu, türklər və İslam, türklər və moderinləşmə, türk ədəbiyyatı, incəsənəti, musiqisi, xalçaçılığı, minyatürü, memarlığı, elmi, fəlsəfəsi, adət-ənənləri, milli bayramları və s kimi vacib  məsələlər haqqında tam və dolğun şəkildə əhatə edilmişdir. Kitaba daxil edilən  bölümlər Türk xalqlarını bütün tamlığı ilə tanıdır və təqdim edir. Türk ədəbiyyatı bölmündə müəllif türk xalqının ədəbiyyatının tarixiliyinə, qədimliyinə dayanaraq, xalqlarımızın möhtəşəm qəhrəmanlıq eposları üzərində dayanır və eposların qədimiliyi qədər də böyük və müqəddəs olmaları işıqlandırılır.  Əslində bu eposlar elə türk xalqının yaşantısı, özünü təqdimi və mənaviyyatı,  qəhrəmanlıq və əvəzolunmaz xəzinəsidir.  Əsərdə müəllif dünya qaynaqlarından mükəmməl şəkildə istifadə edərək, türk xalqları haqqında dolğun, geniş və hərtərəfli billgi verir və türk dünyasını tam şəkildə təqdim edilməsi üçün bütün potensiyalını cəmləyir.

İkinci kitab “Türk xalqları” adlanır.  Bu kitabı Cavanşir müəllim dörd bölümdə şərh edir. Birinci bölümdə müəllif  türk etnocoğrafiyası, müasir türk xalqları və toplumları haqqında zəngin və hərtərəfli məlumat verərək, Hunlar, Göytürklər, Saqlar, Avarlar, Xəzərlər, Oğuzlar və onlarca əski türk ulusları və boyları haqqında geniş və dolğun fikir yaradır. Müəllif İkinci bölümdə müasir türk xalqları və toplumları haqqında məlumat verməyi də məqsəduyğun sayır. Bu bölmədə yetərincə elmi bazaya, qaynaqlara əsaslanan  Cavanşir müəllim müasir türk xalqları və toplumları haqqında dolğun fikir aşılayır. Bölümdə Ahıska, Altaylar, Azərbaycan, Başqırdlar, Çuvaşlar, Əfşarlar,  Krım tatarları, Özbəklər, Qaqauzlar, Qaraylar, Qazaxlar, Qumuqlar, Rumıniya türkləri,  Salarlar, Saxalar, Şorlar, Tatarlar, Tuvalar  və s. müasir türk xalqları və toplumları haqqında ayrı-ayrı zəngin məlumatlar verilir.

Üçüncü bölümdə türk diasporu haqqında yetərincə məlumat əldə edib,  yetərincə zənginləşirik.  Cavanşir müəllim bu bölmədə Avropa, Amerka, Asiya, Avstraliya, Afrika  və Rusiya Federasiyasında türk diaspor təşkilatları başlıqlı yazıları ilə türk diasporu haqqında zəngin,  geniş və hərtərəfli şəkildə bəhs açır.

Dördüncü bölmə Ümumtürk qurumlarının geniş şəkildə şərhi və bu qurumların-Türkdilli ölkələrin parlament Assambleyası(Türkpa), Beynəlxalq Türk mədəniyyəti təşkilatı(Türksoy), Türk dünyası araşdırmaları Vəqfi  (TDAV), Türk Birliyi və Kordinasiyası Agentliyi  (TİKA), Türk dilli Dövlətlərin əməkdaşlıq şurası (TDƏŞ), Beynəlxalq Türk Akademiyası (BTA), Türk Dünyası Elmlər Akademiyaları İttifaqı (TDEAİ) və  s. ümumtürk qurumları haqqında dolğun və geniş bilgilər əldə edilir.

Üçüncü kitab Türklərin dövlətçilik tarixi və genealogiyası, qədim türk dövlətləri və imperiyaları, dövrümüzün müstəqil türk respubilikaları, onların əlaqələri və .s məsələlər baradə dolğun məlumat verilir. Müəllif  üçüncü kitabda kitabın adından da göründüyü kimi Türk dövlətləri və imperiyaları məsələsinə açıqlıq gətirir. Kitab dörd bölmədən ibarətdir. Birinci bölmədə 22 türk dövləti və imperiyası, onların böyüklüyü və fəaliyyətləri diqqətə çatdırılır. Bölmədə böyük Hun, Qərbi və Şərqi Hun, ağ Hun imperiyası, Göytürk imperiyası, Uyğur imperiyası, Avar imperiyası, Xəzər imperiyası və s. türk dövlətləri və imperiyaları araşdırılmışdır. Onu da qeyd etək lazımdır ki, ayrı-ayrılıqda  hər dövlət və imeriyaları müəllif tərəfindən mükəmməl şəkildə əks etdirimişdir.  Müstəqil Türk Respublikaları başlıqlı ikinci bölmədə  yeddi respublika haqqında məlumat əldə edirik. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimalı  Kipr Türk Respublikası haqqında dolğun və tam fikir formalaşır.  Azərbaycan Respublikasını haqqında bəhs edən  Cavanşir müəllim 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti bütün Şərqdə, o cümlədən, Türk-İslam dünyasında ilk demokratik, hüquqi və dünyavi dövlət kimi adını tarixə yazdırdığın qeyd edərək qazandığımız uğurları nəzərə çatdırmaqla yanaşı, 1941-1945-ci illər 2-ci dünya müharibəsində Azərbaycan xalqının önəmli rol oynamasını da qürur hissi ilə qeyd edir.  Müəllif 1969-cu ildə  görkəmli siyasi xadim “Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövləti üçün tarixi və önəmli  hadisələrdəndir” deyərək bu illərdə qazanılan uğur və həll edilən problemlərdən bəhs etmişdir. Cavanşir Feyziyev bu bölmədə 1990-cı illər hadisələrində,  daha sonra Qarabağ hadisələrində, Xocalı hadisələrində erməni vandallığının yaşantılarını da göz önünə gətirmiş və hadissələrə münasibətini də  mükəmməl  şəkildə ifadə edə bilmişdir. O, 1993-cü ilin iyun ayında siyasi böhranların ən çətin anlarında Ulu Öndərin hakimiyyətə gəlməsi ilə ölkədə sabitliyin qorunması hallarını da xatırlatmışdır.  Türk xalqlarının yaşantıları, qarşılaşdıqları çətinlik və ya uğurlar bölmədə əksin tapmış, müəllif mövqeyinden dəyərləndirilmişdir.

Üçüncü və dördüncü bölmələrdə Muxtar türk Respublikaları və Vilayətləri və Türk dövlətçiliyi tarixi ilə bağlı fikir və mülahizələrdə yer almışdır.

Dördüncü kitabda müəllif türkşünaslığın aktual problemləri, türkçülük ideol ogiyası və onun nümayəndələri, türkçülüyü təhrif edən yanaşma və nəzəriyyələrin tənqidi analitikası, türklərin kimliyinə münasibət, müasir türk dünyasının inkişaf potensialları  və s. məsələlər haqqqında konkret informasiya almaq olur. Bu kitab üç bölmədə araşdırlır.1) Türkçülük, türkşünaslıq və türkçülər, 2) Türklər haqqında fikirlər, 3)Türk dünyasının inkişaf perspektivləri: böyük birliyin təməlləri və imkanları.  Cavanşir Feyziyev “türklər haqqında fikirlər” bölməsində türk tarixində dərin iz buraxan alimlər haqqında dolğun məlumat verərək türk dünyasının Akademiklərini təqdim edir. Burada  Mətin Aydoğan, Rüstəm Rəhmanəliyev, Ziya Bünyadov, Övliya Çelebi,  Yaşar Qarayev,  Ramiz  Əsgər haqqında məlumat verməklə yanaşı türklər haqqında yazan xarici alimlərdən də bəhs edir. Karl Brokelman (Alman şərqşunası) Y.S.Hamiltonun, (Britaniya generalı),  Peter Qolden(ABŞ) Bernard Lyuis (Britaniya) bu kimi şəxsiyyətlərin Türk dünyası ilə bağlı fikirləri daxil edərək Türkün varlığının düyada dərin iz buraxması məsələsini də göz önündə canlandırmışdır.

Beşinci- sonuncu kitabda müəllif türk dünyasının böyük şəxsiyyətləri haqqında geniş şəkildə məlumat verməklə yanaşı onların dövlətçilik siyasət, elm, mədəniyyət,  ədəbiyyat sahəsindəki xidmətlərindən bəhs edir. Bir Türk xalqı olaraq türkdilli xalqların yaşantısı, uğurları, mübarizələri, yaradıcılıqları ilə bu kitabda qürur duyuruq və türkün ölməz, ulu şəxsiyyətlərini tanımaqla bərabər tanıtdırmaq kimi ali hisslərin də şahidi olmaq olur. Kitabda 40 böyük Türk şəxsiyyətinin tanıdılması böyük əhəmiyyət kəsb edir. Təbbi ki, bu şəxsiyyətlər haqqında oxumuşuq, məlumatlıyıq, Amma bu kitabda 40 türk şəxsiyyətin bir arada təqdimi özü böyük əhəmiyyət kəsb edir. Qürur mənbəyimiz olan ulularımızın varlığı ümumitürk dünyasının  nadir xəzinəsidir.  Öğuz Kağan, Atilla, Bilgə Kağan, Sultan Mahmud Qəznəvi,  Alp Arslan  Əhməd Yasəvi İbni Sina, Mahmud Kaşğarlı, Nizami Gəncəvi,  Mövlana Cəlaləddin Rumi,  Yunis Əmrə.  Molla Nəsrəddin, Əmir Teymur,  Əlişir Nəvai,  Şah İsmayıl Xətai  Məxtumqulu,  Mustafa Kamal Atatürk,  Məmməd Əmin Rəsulzadə, Heydər Əliyev,  Nursultan Nazarbayev,  Lütfizadə, Çingiz Aytmatov, Bəxtiyar Vahabzadə,  Roald Saqdeyev və s. Türk dünyasının dahi şəxsiyyətləri haqqında yazılanlar türk tarixi üçün ən dəyərli mənbədir. Qədim dövrdən son dövrə qədər fəaliyyəti ilə nəyinki türk dünyasında, dünyada iz qoyan şəxsiyyətlərimiz  haqqında bir əsərdə yazmaq böyük ustalıq və türk dünyasına olan hörmət və sevgidən keçir. Hərtərəfli mükkəmməl beş kitabdan ibarət bu qiymətli əsər bu gün türk dünyasının ən icə xəzinəsi kimi qəbul edilərək əl-əl gəzərək evlərimizi bəzəməlidir.

Cavanşir Əyyub oğlu Feyziyevə bu incə, həm də çətin, məsuliyyətli yolda uğurlar diləyirik.

“Turandan yazmaq nəsibiniz olsun!”- deyirik!

Mərziyyə Nəcəfova (Səlahəddin)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90