image-rt-reklam
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“İran isə terrorçu qruplar yaradıb, onları hərtərəfli dəstəkləyir” -Politoloqdan ŞOK AÇIQLAMA

image-728x90

“Bu gün İranın çirkin siyasətinin əsas səbəbkarı Qərbdir. Çünki İranda bu rejimi başda Fransa olmaqla Qərb qurub.  Avropa fars irqçi rejimin dünyaya və qonşu ölkələrə qarşı təhdidlərinə göz yumur. Azərbaycana qarşı da eyni soyuqqanlılıq nümayiş etdirirlər.” -Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Arzuman Muradlı hesab edir edir ki, əslində Qərbin İrana embargosu  sənəd üzərindədir.

“Rejim Güney Azərbaycanla tarixi düşmənçiliyinə son verməmiş, indi də Şimali Azərbaycanla münaqişəyə girişib. Bunu üstüörtülü deyil, çox aşkar bir şəkildə, terror əməlləri ilə büruzə verir. Azərbaycanda millət vəkilinə sui-qəsd, səfirliyə hücum, sayı-hesabı bilinməyən casus şəbəkəsi – hamısı İranın şimal qonşusuna qarşı həyata keçirdiyi məkrli işləridir. Əslində, Avropa ölkələri İrana qarşı daha sərt mövqe göstərməlidirlər. Lakin iqtisadi əməkdaşlığa görə göz yumulur. Azərbaycanın yeganə və etibarlı dəstəkçisi Türkiyədir. İran adlanan ölkə dağılmağa doğru gedir. Fars rejimini daxildən dəstəkləyən olmayacaq. Bütün bunları bilən İran Azərbaycanla münaqişəyə cəhd edir. Təhdid və hədə yolunu seçir, qonşuluq münasibətinə hörmət etmir. İran münaqişəni hərbi müstəviyə daşımaq istəsə, ilk olaraq qeyri-farslar ayağa qalxacaq. Rejim bunların qarşısında dura bilməyəcək. Tehran rejimi Güney Azərbaycandan çox çəkinir. Elə Tehranın özündə 7 milyona yaxın Azərbaycan türkü yaşayır. Savaşa girərsə, böyük risk etmiş olar”.

Bu gün İran- fars rejimin siyasəti Şimali Koreyanın siyasəti ilə eynidir:

“Hazırda molla rejimi İranı terrorçu ölkə kimi tanıdıb. Hətta Şimali Koreya bunun qədər deyil. Koreyanın sifəti bəllidir, terrorçulara birbaşa yardım etməyib. İran isə terrorçu qruplar yaradıb, onları hərtərəfli dəstəkləyib. Qeyri-farslarla ziddiyyət içindədirlər. ”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90