image-2000x150
image-heyder-eliyevbackend

EY ULU ÖNDƏR

image-728x90

(Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə)
Sənsən vüqarımız, qibləgahımız,
Adınla açılır hər sabahımız,
Sənsən varlığımız, şah damarımız–
Bu sevgi, bu istək dağı əridər,
Eşit səsimizi, ey ulu Öndər:
Nə qədər biz varıq, demək, Sən varsan,
Bu dünya durduqca yaşayacaqsan!

Neçə imtahandan, sınaqdan keçdin,
Sən millət yolunda canından keçdin,
Allah vergisiydin, göyləri seçdin–
Bu sevgi, bu istək aləmə yetər,
Eşit səsimizi, ey ulu Öndər:
Nə qədər biz varıq, demək, Sən varsan,
Bu dünya durduqca yaşayacaqsan!

Dünən bizimləydin, bu gün bizləsən,
Əzəli-əbədi rəhbərimizsən,
Sən Odlar yurdunun
peyğəmbərisən–
Bu sevgi, bu istək alovdan betər,
Eşit səsimizi,ey ulu Öndər:
Nə qədər biz varıq, demək, Sən varsan,
Bu dünya durduqca yaşayacaqsan!

Milyon-milyon könüllərdə yerin var,
Hər obada, hər mahalda izin var,
Məclislərdə söhbətin var, sözün var–
Bu sevgi, bu istək düşməni əzər,
Eşit səsimizi,ey ulu Öndər:
Nə qədər biz varıq, demək, Sən varsan,
Bu dünya durduqca yaşayacaqsan!
Mirzə Yusif

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90