image-2000x150
image-1backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edib.

image-728x90

Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra dünya arenasında siyasi çəkisi xeyli artıb. Bununla belə ölkəmizə qarşı əsassız təzyiqlərin sayı daha da artıb. İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətli irəliləyişi tarixi ədalətin bərpa olunmasına son qoydu. Ancaq yenə də Qərbin və Avropanın bir sıra  ermənipərəst dairələri, həmçinin qərəzli, beynəlxalq təşkilatları ölkəmizə qarşı saxta, qeyri- obyektiv qətbnamələr qəbul edir, bununla da ölkəmizin beynəlxalq arenada artmaqda olan nüfuzuna xələl gətirmək istəyirlər. Aydındır ki, bunlar Azərbaycanı öz tutduğu mövqeyindən geriyə çəkən gücünə malik deyil. Bəzi beynəlxalq təşkilatların siyası riyakarlığı onların  iç üzünü açır və  ikili standart mərəzindən xilas ola biməmələrini bir daha təsdiqləyir. Bəzi beynəlxalq təşkilatların siyasi riyakarlığı onların əsl simasını üzə çıxarır və ikili standart münasibətdən qurtula bilmədiklərini bir daha təsdiqləyir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edib.
Ölçə başçısı ATƏT-in Minsk qrupunun 28 il ərzində münaqişənin həlli prosesində iştirakının hec bir nəticəsi olmadığını qeyd etdi. Cənab Prezident Azərbaycan torpaqlarının işğaldan azad olunmadığınl, məcburi köçkünlərin geri qayıtmasının təmin edilmədiyini, minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədiyini və müvafiq sanksiyaların tətbiq olunmadığını vurğuladı.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.
Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası məsələsinə aşağıdakılar daxil edilib:
1. Şərqi Zəngəzur (Azərbaycan) və Qərbi Zəngəzurdakı (Sünik, Ermənistan) sərhəd məntəqələrinə dair məsələlər.
2. Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsi boyunca yerləşən anklav kəndlərin məsələsi.
3. 2018-ci il “Günnüt” əməliyyatından sonra Naxçıvan ərazisində qalan erməni postları məsələsi.
Delimitasiya məsələlərində isə Azərbaycan aşağıdakıları tələb edib:
1. Ermənistan-Azərbaycan sərhədinin beynəlxalq hüquq əsasında tam bərpası.
2. 30 ildir ərazisi işğal altında olmuş Azərbaycana Ermənistanın hər hansı iddiasını neytrallaşdırmaq üçün delimitasiya məsələsində ən xırda detala belə maksimum diqqət etmək.
Dövlət rəhbəri 2020-ci ildə 44 günlük Vətən müharibəsinin başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistan tərəfindən bir sıra öhdəliklərinin yerinə yetirilmədiyini diqqətə çatdırdı. O qeyd etdi ki, son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi.
Cənab Prezident Antiterror tədbirlərinin qaçılmaz olduğunun açıqlayaraq diqqətə çatdırdı ki, ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri” sülh prosesinə ciddi zərbə vurmuşdur.
Məlum olan məsələlərdən biri də Azərbaycan ilə Ermənistan arasında de-fakto sülhün mövcudluğudur ki, bu da öz nəticəsini verməlidir. Ölkə başçısı İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürdüyünü nəzərə çatdıraraq bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmağını və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalı olduğunu vurğuladı. O qeyd etdi ki, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addımdır. Gələcəkdə təhdid yarada biləcək amillərin olduğunu açıqladı. Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir.
Dövlət başçısı Parisin Cənubi Qafqazda olan diqqətindən yan keçmədi. Rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı və regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini söylədi. Bildirdi ki, Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürütdür. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür.Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsi beynəlxalq riyakarlığın təzahürdür;
İşıqlandırılan mövzulardan biri də Avropa Şurasının Parlament Assambleyasının addımları dialoqa xidmət etməməsi idi. Bu cür təşəbbüslər parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir.
Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa olunmağının əsas olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Ölkə başçısı vurğuladı ki, Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində bu təsisatın beynəlxalq nüfuzu artıb. Yeni əməkdaşlıq sahələri yaradılıb və bu xüsusda parlament, gənclər ölçülərinin və qadın platformasının təsis olunması istiqamətində təşəbbüslər də irəli sürülmüşdür.

Novruzova Zemfira
Nəsimi rayon İ.Əfəndiyev adına Elitar Gimnaziya/ Tarix müəllimi

 

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90