image-rt-reklam
image-22backend

Qədim Türk törəsində cəzalar

image-728x90

Qədim türklərin ən əsas xüsusiyyətlərindən biri adət-ənənələrinə bağlılıqları idi. Türk adət-ənənələri yazılı deyildi, dildən-dilə, nəsildən-nəsilə ötürülürdü. Hökmdarlar da daxil olmaqla, hər kəs adət-ənənələrə tabe olmaqla məsul idi. Türk adət-ənənələrində ağır cəzalar da vardı, ancaq doğruluq və ədalətdən ayrılmazdılar. Bu adət-ənənə əsrlərin təcrübəsinin məhsulu idi. Adət-ənənə bir növ ölkənin əsas qanunu idi.

Ərəb çoğrafiyaçısı Əhməb ibn Fadlan yazdığına görə, türklərdə zina və homoseksuallıq qadağan idi, oğurluq edənlərə ağır cəza verilir, yaxşılığa riayət edilirdi. (Bax: Книга Ахмада ибн Фадлана / Пер. и прим. В. С. Кулешова // Путешествие Ибн Фадлана: Волжский путь от Багдада до Булгара: М., 2016. — С. 18—47)
Türklərin cəzaları “Cəza Tanrısı Ərkliğ xan” tərəfindən əmr edildiyini düşünürdülər. Onlar əgər günahkar cəzalanmasa tanrının qəzəbinə tuş gələcəklərinə inanırdılar. Alovlu ox deyilən meteor axınları və yerə düşən meteorları Ərkliğ xanın göndərdiyinə inanırdılar.(Bax: Безертинов Р.Н. Тэнгрианство – религия тюрков и монголов: научнопопулярное издан., 2-е изд., доп. – Н. Челны. Аяз, 200, Казань, Слово, 2004, c.5-7)
Heç bir türk də bu cəzadan qaça bilmirdi.Qədim inanca görə türk yer üzündəki cəzadan (faciəli ölüm, xəstəlik, bədbəxtlik və s. şəklində) yayına bilsəydi, cəza irsi xətt üzrə getdiyi üçün bütün bunlar onun sağlığında və ya ölümündən sonra övladlarının üzərinə düşürdü. (Bax: Демир Кадыров. “От живых небес к единому полю” – Бишкек. 2013. с. 82-83.)

Cəza növləri fərqinə görə dəyişirdi
1) Yay kirişi ilə boğmaq yaxud belini qırmaq. Bu Kağan nəslindən olanlara, şəhzadələrə aid edilirdi. Qədim inanca görə belə ali nəslə aid olan şəxslərin bir damcı qanı yerə düşməli deyil idi.
2) Çuvalın içinə salıb toxmaqlarla döyə-döyə öldürmək. Bu zaman qan torpağa axmırdı, amma bu cəza Kağan nəslindən olan və törəyə xəyanət edənlərə qarşı tətbiq edilirdi.
3) Oxlarla öldürülmək. Döyüş zamanı yoldaşlarını qoyub qaçan və törəni pozan döyüşçülər oxlarla öldürlürdü.
4) İki parça edilmək. Ərəb çoğrafiyaçısı Əhməb ibn Fadlan yazır: “Onlar [oğuzlar] zina bilmirlər, amma kiminsə bir əməlini bilsələr, onu iki yerə bölərlər, yəni: iki ağacın budaqları arasındakı boşluğu birləşdirir, sonra budaqlara bağlayır və iki ağacı da buraxırdı, düz olan (ağaclardan) onu bədni iki yerdən qopardı.” (Bax: Collection of Geographical Works by Ibn al-Faqih, Ibn Fadlan, Abu Dulaf Al-Khazraji, Fuat Sezgin, Frankfurt am Main, 1987)
5) Dörd ata əlləri ayaqları bağlanırdı, atlar tərpənirdi və cəza alan şəxs dörd yerə bölünürdü.

Sonradan İslamı qəbul edən türklərdə cəza növləri tamam başqa cürə dəyişmişdir.

Zaur Əliyev, dosent

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90