image-rt-reklam
image-2222backend

QATILDIĞI BÜTÜN SEÇKİLƏRDƏN QALİB ÇIXAN LİDER… – Futboldan siyasətə gəldi, həbs olundu və… + FOTOLAR

image-728x90

Türkiyə xalqı ötən gün tarixində ilk dəfə ikinci turda öz prezidentini seçdi. Seçkidə iştirak edən 27 milyon 725 min 131 namizəd növbəti dəfə “Rəcəb Tayyib Ərdoğan” dedi. Nəticədə 52,16% səs toplayaraq, Türkiyənin 13-cü prezidenti adını qazanan Ərdoğan, qarşıdakı 5 ildə prezident kürsüsündə əyləşməyə haqq qazandı.

Bəs Türkiyənin 13-cü lideri Rəcəb Tayyib Ərdoğan kimdir və onun həyat yolu necə olub?

Həyatı

26 fevral 1954-cü ildə İstanbulda rizəli bir ailədə dünyaya göz açan Rəcəb Tayyib Ərdoğan 1965-ci ildə Kasımpaşa Piyalə paşa ibtidai məktəbini, 1973-cü ildə isə İstanbul İmam-hatib liseyini bitirib. 

Universitet təhsilini 1981-ci ildə Mərmərə Universitetinin İqtisadiyyat və Ticarət Elmləri Fakültəsində tamamlayıb.

 

Ərdoğan idmanı, xüsusən də futbolu çox sevirdi. “Camialtı”, İETT və “Erokspor”da 16 il futbol oynayıb. 12 sentyabr 1980-ci ildə atasının təkidi ilə futboldan ayrılıb, hələ orta məktəb illərindən maraq göstərdiyi siyasətə yönəlib.

Milli Türk Birliyindəki fəaliyyətindən sonra 1976-cı ildə İslai dəyərlərinə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası (MSP) Bəyoğlu Gənclər Şöbəsinin sədri və elə həmin il də MSP İstanbul il (vilayət) başçısı seçilib.


 

1977-ci ildə bir konfransda tanış olduğu Əminə xanımla 4 iyul 1978-ci ildə ailə həyatı qurub. Evliliklərindən Əhməd Burak və Nəcməddin Bilal adında iki oğlu, Əsra və Süməyyə adında iki qız övladı dünyaya gəlib.

1982-ci ildə hərbi xidmətdə olan və ehtiyat zabit təhsilini Tuzlada alan Ərdoğan, qərargah zabiti olaraq əsgərliyini başa vurub. 

Hərbi xidmətdən döndükdən sonra əvvəllər çalışdığı özəl şirkətdə təxminən il yarım işləyib. Sonraki iş fəaliyyətini başqa bir şirkətdə müdir olaraq davam etdirib.

Siyasətdə ilk addımları

Türkiyədə 12 sentyabr 1980-ci il çevrilişindən sonra ləğv edilmiş Milli Səlamət Partiyasının xəttini davam etdirən, 1983-cü ildə qurulmuş Rifah Partiyası ilə siyasi fəaliyyətə təkrar qayıdan Ərdoğan 1984-cü ildə partiyanın Bəyoğlu rayon başçısı və yüksək idarə orqanına üzv seçilib.

1986-cı ildə əlavə seçkilərdə deputatlığa namizədliyini irəli sürüb, 1989-cu ildə isə Bəyoğlu rayonundan bələdiyyə sədrliyinə namizəd olub. 1989-cu il seçkilərində Rifah Partiyası ikinci yeri tutub.

Ərdoğan 1991-ci ildə təkrar deputatlığa namizədliyini irəli sürüb. Onun partiyası limiti keçdiyi üçün Ərdoğan millət vəkili seçilib. Lakin Türkiyə Yüksək Seçim Qurumu müxtəlif bəhanələr gətirərək, Əroğanın deputat mandatını ləğv edib.


İlk böyük qələbəsini 1994-cü ildə qazanı5

27 mart 1994-cü il seçkilərinə qədər bu partiyanın İstanbul İl (vilayət) başçısı vəzifəsində işləyən Ərdoğanın İstanbul Bələdiyyəsinin sədrliyinə namizədliyi də irəli sürülüb və o, 27 mart 1994-cü ildə keçirilən seçkilərdə İstanbul Bələdiyyəsinin sədri seçilib.

 

Şeir söylədi, həbs olundu

Rəcəb Tayyib Ərdoğan 27 dekabr 1997-ci ildə dəvət olunduğu Siirtdə mitinq zamanı oxuduğu bir şeirə – Ziya Göyalpın 1912-ci ildə “Balkan Savaşı” üçün yazdığı “Asker Duası”nın dəyişdirilmiş bir hissəsinə görə və çıxışının davamında “hər dövrün Firoun və Nemrutları olduğu kimi, bunun qarşısına çıxacaq Musa və İbrahimləri də var” söyləməsi səbəbindən həbs olunub.

 

Ziya Gökalpın qələmə aldığı şeirin aşağıdakı hissəsini oxuduğu bəhanə gətirilərək, saxta ittihamlarla həbsə alınmışdı:

Minarələr süngü, qübbələr miğfər,

Camilər qışlamız, möminlər əsgər.

Bu ilahi ordu dinimi gözlər

Allahu əkbər, Allahu əkbər.

Ərdoğan Türkiyə Cinayət Məcəlləsinin 312/2 maddəsinə əsasən xalqı dini və irqi ayrı-seçkiliyə, kin və düşmənçiliyə açıq şəkildə təhrik etməkdə ittiham olunaraq, Diyarbakır Dövlət Təhlükəsizlik Məhkəməsi tərəfindən 1 il həbs cəzası alır və 860 mln. TL cərimələnir.

Daha sonra bu cəza 10 ay həbs və 176,666,666 TL pul cəzası ilə əvəzlənir. 10 aylıq həbsin 4 ayını məhbəsdə yatan Ərdoğan, əfv olunaraq azadlığa çıxır. Bu cəzasını 24 iyul 1999-cu ildə çəkib bitirir.

Ədalət və İnkişaf Partiyasını qurdu

Türkiyədə İslam dəyərlərinə, milli baxışlara malik insanlara qarşı yürüdülən siyasətin nəticəsi olaraq Fəzilət Partiyasının Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilməsindən sonra, bitərəf qalan millət vəkilləri yeni partiya qurma cəhdlərini “mühafizəkarlar” və “islahatçılar” adlı iki qanadda davam etdirirlər.

“Mühafizəkarlar” adlandırılan qanad Recai Kutanın sədrliyi ilə 20 iyul 2001-ci ildə Səadət Partiyasını qurarkən, “islahatçılar” da Rəcəb Tayyib Ərdoğanın liderliyində 14 avqust 2001-ci ildə Ədalət və İnkişaf Partiyasını (AK Partiya) yaradırlar. Tayyib Ərdoğan partiyanın sədri seçilir.

 

Qurulan Ədalət və İnkişaf Partiyası qatıldığı ilk seçkidə -3 noyabr 2002-ci il seçkilərində səslərin böyük çoxluğunu qazanaraq təkbaşına iqtidara gəlir. Seçkilərin birinci mərhələsində müxtəlif bürokratik əngəllərlə namizədliyi qəbul edilməyən Ərdoğan Siirtdə keçirilən təkrar seçkilərdə millət vəkili seçilir.

Baş nazir oldu, Türkiyənin yeni siyasi xəttini müəyyən etdi

Ərdoğan 2003-cü ildə Abdullah Gülün baş nazir olduğu 58-ci hökumətin istefasından sonra 59-cu hökuməti quraraq Türkiyə Cumhuriyyətinin baş naziri olur.


Həmin dövrdə Ərdoğan hökuməti ilə Türkiyədə davam edən iqtisadi böhran dayandı, kəskin inflyasiyanın qarşısı alındı. Eyni zamanda, Ərdoğan ölkədə böyük korrupsiya qruplarını ifşa edərək məhkəmə önünə çıxartdı.

Siyasi sahədə də Türkiyə daha aydın bir siyasi xəttə keçdi. Kipr məsələsində atdığı siyasi addımlarla bu məsələnin həllində daha dinamik bir mövqe nümayiş etdirdi. Eyni zamanda, ABŞ-ın İraqa müdaxiləsi zamanı Türkiyəni bu işğala alət olmaqdan kənarda tutaraq İraq bataqlığına düşməkdən qorudu.


Yaxın Şərqdə İsrailin özbaşınalıqlarına qarşı daha həssas olan Ərdoğan hökuməti, fələstinlilərin demokratik yolla hakimiyyətə gətirdiyi hökumətə qarşı beynəlxalq embarqların ləğvi istiqamətində ciddi addımlar atdı, “Fələstin davasına” liderlik etdi. Müsəlman aləmənin səsini, müsəlmanlara qarşı haqsızlıqları vəı zülmü ən yüksək tribunalardan gur səslə bəyan edərək, qısa müddət də bütün İslam dünyasının liderinə çevrildi.

Türkiyənin Ermənistanla əlaqələr qurmasını tələb edən bəzi qüvvələrə qarşı da dayanan Ərdoğan hökuməti, bu məsələdə Azərbaycan torpaqlarının işğaldan azad olmasını əsas şərt olaraq irəli sürdü. Qərabağın işğaldan azad olunmasında da Türkiyənin və şəxsən Ərdoğanın rolu isə əvəzedilməzdir.


Eyni zamanda Türk dünyasının mədəni, siyasi və hərbi cəhətdən inteqrasiyası istiqamətində böyük işlər görür. Məhz Ərdoğanın və President İlham Əliyevin liderliyi ilə Türk Dövlətləri Təşkilattı getdikcə beynəlxalq arenada sözü daha çox eşidilən güclü bir təşkilata çevrilməıkdədir. Bu gün Ərdoğanın həm də Türk dünyasının lideri kimi qəbul edilməsi də onun bu istiqamədtə atdığı addımlarla bağlıdır.

AK Partiya Ərdoğanın liderliyində məğlubiyyət üzü görmədi

AK Partiya 28 Mart 2004-cü ildə Ərdoğanın liderliyi ilə daxil olduğu bələdiyyə seçkilərində 40,2 faiz, 29 Mart 2009-cu il seçkilərində 38,6 faiz, 30 Mart 2014-cü il seçkilərində 45,5 faiz, 31 mart 2019-cu il seçkilərində isə 44,33 faiz səs toplayıb. 2014-cü il avqustun 10-da keçirilən prezident seçkilərində 52 faiz səs toplayan Ərdoğan, Türkiyə Respublikasının prezidenti seçilib. 2017-ci il aprelin 16-da Ərdoğanın təşəbbüsü ilə keçirilən referendumda Türkiyə 51,4 faiz səslə Prezident İdarəetmə Sisteminə keçid edib.

 

2018-ci il iyunun 24-də keçirilən prezident seçkilərində 52,38 faiz səs toplayan Rəcəb Tayyib Ərdoğan Prezident idarəetmə Sistemində Türkiyəni idarə edən ilk prezident olub.  

Ümumilikdə Ərdoğan insiyədək AK Partiyanın rəhbəri kimi 17 seçkiyə qatılıb və hamısından  zəfərlə çıxıb.  Mayın 14-də və dünən qatıldığı seçkiləri də Ərdoğan qalibiyyətlə başa vuraraq, siyasi mübarizədə yenilməz olduğunu bir daha təsiqlədi!“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90