Müstəqil Dövlətlər Birliyi də müəyyən funksiyaları yerinə yetirmək üçün təşkil edilib. Bu Birlik ona üzv olan dövlətlərin müstəqilliyinin saxlanmasına əsaslanır. Azərbaycan da Müstəqil Dövlərlət Birliyinin üzvüdür.
Azərbaycanla bu Birliyə daxil olan dövlətlər arasında bütün istiqamətlər üzrə və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur. Son vaxtlar təhdidlərin artması, sabitliyin pozulduğu yeni ünvanlar yaranır. Belə təhdidlər Azərbaycana da yönəldilir. Azərbaycanın suverenliyi tam bərpa olunub. Regionumuzda təhlükəsizliyin möhkəmlənməsinə və sülhə nail olunmasına imkanlar yaranıb.
1805-ci ildə Rusiya imperiyasının tərkibinə daxil olmuş Qarabağ xanlığı olub. Kürəkçay sülh müqaviləsi imzalanıb, onu Azərbaycan tərəfindən Qarabağ xanı İbrahim Xəlil xan, Rusiya tərəfindən isə çar generalı Sisianov imzalayıblar. Müqavilədə erməni əhalisi və ya erməni əhalisinin hansısa xüsusi hüquqları haqqında heç bir xatırlatma yoxdur. XIX əsrdə erməni əhalisinin İrandan və Şərqi Anadoludan Azərbaycan ərazilərinə kütləvi köçü başlandı. Artıq sovetləşdirmə məqamında Azərbaycanın Qarabağ regionunun milli tərkibi XIX əsrin əvvəlində olduğundan fərqli idi. Bunları nəzərə alaraq, Sovet İttifaqı artıq həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayətini yaratdı. Bu, tam yüz il əvvəl baş verib. Artıq Sovet İttifaqında mərkəzdənqaçma meyilləri başlayan vaxtda, erməni separatçılığının və təcavüzkar ekstremizmin baş qaldırdığı 1980-ci illərin sonunda qeyri-rəsmi ekstremist təşkilatları yaradıldı, mərkəzi sovet rəhbərliyi tərəfindən buna lazımi qiymət verilmədi, bir çox hallarda isə onları dəstəklədilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşündə bunları da xatırladaraq dedi: “XIX əsrdə erməni əhalisinin İrandan və Şərqi Anadoludan Azərbaycan ərazilərinə kütləvi köçü başlandı. Artıq sovetləşdirmə məqamında Azərbaycanın Qarabağ regionunun milli tərkibi XIX əsrin əvvəlində olduğundan fərqli idi. Bunları nəzərə alaraq, Sovet İttifaqı artıq həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayətini yaratdı. Bu, tam yüz il əvvəl baş verib. Artıq Sovet İttifaqında mərkəzdənqaçma meyilləri başlayan vaxtda, erməni separatçılığının və təcavüzkar ekstremizmin baş qaldırdığı 1980-ci illərin sonunda qeyri-rəsmi ekstremist təşkilatları yaradıldı, mərkəzi sovet rəhbərliyi tərəfindən buna lazımi qiymət verilmədi, bir çox hallarda isə onları dəstəklədilər”.
Azərbaycan Prezidenti çıxışında ötən ilin oktyabr ayında Ermənistan və Azərbaycan rəhbərlərinin beynəlxalq tərəfdaşlarla görüşündə Bəyanat qəbul olunduğunu, bu sənədə əsasən hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıdığını və ölkələrimizin ərazi bütövlüyünü təsdiqləyən 1991-ci il Alma-Ata bəyannaməsinin tərəfdarı olduğunu bildirdiyini də qeyd etdi.
Azərbaycan Respublikasının Prezidenti diqqəti bu toplantıda regionda sülhə mane olan anlaşılmaz mövqelərə də çəkərək dedi: “Azərbaycanın ünvanına səslənən çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantaj heç bir səmərə vermədi. Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub”…
MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı Azərbaycan dövlətinin tolerant, bəşəri dövlət olduğunun növbəti təsdiqi kimi dinlənildi…
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı