image-2000x150
image-1backend

İranın Azərbaycandan keçəcək dəhlizlə bağlı problemi nədir?

image-728x90

İran son zamanlar Ermənistanla yaxınlaşmasını və davamlı olaraq İrəvanı müdafiə etməsinin əsas səbəbi kimi, bu ölkənin onlar üçün Avropaya çıxış dəhlizi olmasını göstərir. Bununla bağlı çeşidli məqalələr və əsaslandırmalar ortaya qoyan Tehran rəsmiləri iddia edirlər ki, Azərbaycan üzərindən bu imkanları olasa da, risklidir.

Ulusal.az xəbər verir ki, Rusiya və Qafqaz üzrə tədqiqatçı Mehdi Saif Təbrizi “Təsnim” Agentliyində bununla bağlı olduqca geniş bir yazı ilə çıxış edib. O yazıb ki, Qərb və Rusiyanın Cənubi Qafqazda ziddiyyətli geosiyasi və geoiqtisadi maraqları var. “Moskvanın əsas məqsədi dominantlığı saxlamaq, Avropa bazarında öz mövqeyini möhkəmləndirmək və Avropa üçün təbii enerji resurslarının əsas təchizatçısına çevrilməkdir. Qərbin Cənubi Qafqazda neft və qaz kəmərləri çəkməyə başlamasının və Rusiya ərazilərindən yan keçərək alternativ enerji dəhlizlərinin yaradılmasına başlamasının səbəblərindən biri də Yaşıl Qitənin enerji təchizatı marşrutlarının şaxələndirilməsidir”.

Mehdi Saif Təbrizi hesab edir ki, Cənubi Qafqaz regionunda irimiqyaslı enerji layihələrinin Rusiya ərazilərindən yan keçərək həyata keçirilməsi Kremlin xoşuna gəlmir. “Kremlin marağındadır ki, postsovet məkanındakı bütün əsas enerji marşrutlarına nəzarət etsin və buna görə də, lazım bildiyi halda, Gürcüstan torpaqlarını işğal etmək cəhdindən və Cənubi Qafqazın enerji dəhlizinə qəti nəzarətin yaradılmasından çəkinməyəcək. Məhz buna görə də Cənubi Qafqaz ölkələrində hökmranlıq etməyə və onları Rusiyanın orbitinə qaytarmağa çox çalışır”.

İranlı ekspert yekun olaraq bildirir ki, Moskva-İrəvan-Tehran oxunu gücləndirmək, Ankara-Tbilisi-Bakı oxunu zəiflətmək Rusiyanın xeyrinədir. “Bu məqsədə çatmaq üçün ruslar yuxarıda qeyd olunan oxun möhkəmlənməsinə əsas maneə olan Gürcüstana nəzarət etməlidir”.

İran və Avrasiya Araşdırmaları İnstitutunun eksperti Qüdrətullah Şafii isə “İSNA”ya yazıb ki, İran üçün Şimal-Cənub dəhlizi çərçivəsində Ermənistan və Azərbaycandan keçən yollar fərqli məna daşıyır. “Azərbaycanla bağlı söhbət Rusiyaya, Ermənistan və Gürcüstan vasitəsilə isə Avropaya çıxışdan gedir. Tehran çalışır ki, həm Azərbaycan ərazisindən Rusiyaya, həm də Ermənistan ərazisindən Avropaya çıxışı təmin etsin”.

O qeyd edir ki, Hindistanın da istədiyi budur ki, o da İran, daha sonra Ermənistan və Gürcüstan vasitəsilə Avropaya dəhliz açsın.

Şafii daha sonra yazır ki, Azərbaycan ərazisindən keçən yolun nə vaxt açılacağı hələ məlum deyil. “Bu, illər çəkə bilər. Çünki bu layihə çərçivəsində İranda 100 km uzunluğunda dəmir yolunun tikintisi lazımdır. Azərbaycandan keçən yalnız şimala gedən yolun olması Tehran üçün risklərlə doludur. Çünki Azərbaycan öz tranzit rolundan təsir rıçaqları kimi istifadə edə və istəsə, yolu bağlaya və İrana problemlər yarada bilər”.

İranlı ekspert vurğulayır ki, belə olacağı halda, (o, bunu “təxribat” hesab edir-red) İranın Rusiyaya ya Xəzər dənizi, ya Türkmənistan, ya da Qazaxıstan vasitəsilə artıq fəaliyyətdə olan alternativ yolları var. “Amma Ermənistandan keçən yol bu baxımdan İran üçün daha vacibdir, çünki bu, Avropaya gedən yoldur”.

Əslində, iranlı ekspertlərin yanaşmaları qüsurludur və eyni zamanda, Ermənistanı dəstəkləməyə hesablanıb. Çünki İran heç bir şəkildə Ermənistanı əldən vermək istəmir. Bunun da çoxluca səbəbləri var. Onlardan biri də Azərbaycanın dəhlizlər məsələsində güclü mövqeyə sahiblənmək imkanıdır. Tehran heç bir şəkildə Azərbaycanın güclənməsini qəbul etmir. Əksinə, buna mane olmaq üçün dəridən, qabıqdan çıxır. Üstəlik, ekspertlərin iddiasındakı “riskli yol” və “Azərbaycan yolu bağlaya bilər” bəhanələri də əbəsdir. İran illərdir Azərbaycan üzərindən yük daşıyır və indiyə qədər bircə dəfə də olsun, Bakı nə yolu bağlayıb, nə də maneçilik törədib. Aydın məsələdir ki, bu molla rejiminin bəhanələrindəndir.

Digər tərəfdən, İran Ermənistan marşrutuna ona görə önəm verir ki, oradan istədiyi yükü maneəsiz daşıya biləcək. Azərbaycandan isə bunu etmək imkanları çox aşağı olacaq. Bu həm də Zəngəzur Dəhlizinin açılmasını əngəlləmək üçün düşünülmüş plandır. Çünki bu dəhlizin açılması, Orta Dəhlizin bərpa edilməsi və işə düşməsi deməkdir. Həmçinin bu, İranın bölgədəki logistika imkanlarından məhrum edilməsidir.jamaz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90