image-rt-reklam
image-1backend

Azərbaycanda daimi mühərrik ixtira olundu – bu da SXEMİ – SENSASİYA

image-728x90

Azərbaycanlı Şaiq Mustafayev insanlığın daimi mühərrik arzularını gerçəkləşdirən ixtiraya imza atıb.

Musavat.com-a müraciət edən Şaiq Mustafayev bildirib ki, icad etdiyi mühərrikə aid iddia sənədlərindən birinə 28.12.2023 tarixində patent alıb.

PATENT .png (229 KB)

Digərlərinə Az.Patentdə və PCT-də (Rusiya və İsveçrədə) baxılır.

Patent müəllifi deyib ki, onların da patent alacağına əmindir: “İcad etdiyim mühərriklər hamısı Paskal qanununa uyğun olaraq işləyir və FİƏ (faydalı iş əmsalı) çox yüksəkdir. Hamıya məlumdur ki, dünyada məlum olan mühərrik və qurğuların FİƏ 1-dən azdır. Mənim patentini aldığım və baxılmaqda olan hidravlik mühərriklərdə FİƏ fizika kitablarında olandan fərqli olaraq 1-dən çox böyükdür. Əlbəttə ki, nə dediyimin fərqindəyəm. Bu, bir paradoksdur. Hidravlik mühərriklərdə və qurğuda (hələlik patentə verilməyib) yalnız Paskal qanunundan, Paskalın bir qab su ilə çəlləyi necə parçalamasından və hidrostatik paradoksdan istifadə olunub. Kiçik ölçülü diametrə malik işçi kameralarda yaradılan mayenin yüksək təzyiqi böyük ölçülü diametrə malik qıfşəkilli porşen başlığına ötürülən zaman Paskal qanununa (F=P S ) uyğun olaraq porşeni AÖN-yə tərəf itələyən təzyiq qüvvəsi də çox böyük olur. Porşen YÖN-yə tərəf itələnərkən yalnız kiçik ölçülü diametrə malik işçi kameradakı maye xaric olunur. Dediklərimi özü-özünü enerji ilə təmin edən, sərf edilən enerjidən dəfələrlə çox enerji hasil edən hidravlik mühərrikə verilmiş AZ F 2023 0034 N-li patent də təsdiqləyir. Ekoloji cəhətdən təmiz olan bu mühərriklər çox sadə konstruksiyaya malikdirlər”.

QELEM .png (103 KB)

Patent müəllifi bildirib ki, mühərriklərin prototipini düzəltmək, patentlərin beynəlxalq səviyyədə qorunmasını təmin etmək ona çox çətindir: “Bu işləri reallaşdırmaq üçün investor lazımdır. Dövlətimizin belə işlərə investisiya yatıra biləcəyini bilmirəm. Dövlətimiz bu işlərə sahib çıxsa, çox yaxşı olar”.

Şaiq Mustafayev deyib ki, Əqli Mülkiyyət Agentliyi patentə məxsus faydalı modelin təsviri haqda məlumatları da bölüşüb:

“Təklif olunan iki silindrli hidravlik mühərrik sadədir, mürəkkəb avadanlıqlar tələb olunmur, ekoloji cəhətdən təmizdir, kiçik həcmli işçi kameralara və yüksək FİƏ-yə malikdir. Müxtəlif maşın və mexanizmlərdə istifadə olunma imkanına malikdir. Bu isə hidravlik mühərriki istehlakçı üçün cazibədar edir. Faydalı modelin düsturu isə belədir: hidravlik mühərrik silindrdən, onun daxilində yerləşdirilmiş porşendən, porşen ilə şatun vasitəsi ilə əlaqələndirilmiş dirsəkli valdan, silindrin yuxarı hissəsində quraşdırılmış içəri və xaricə buraxma klapanlarından ibarət olub, onunla fərqlənir ki, əlavə olaraq porşeni eyni silindrdən ibarətdir, bu zaman porşenlərin başlıqlar, açıq dar uclu içi boş qıf şəklində yerinə yetirilib, silindrlər blokunun başlığına eyni mərkəzi ox üzrə porşenlər ilə əlaqələnmiş yuxarı hissəsi qapalı olan oymaqlar bərkidilib, bu zaman oymaqların yan divarının yuxarı hissəsində şaquli kanallar ilə əlaqələndirilmiş diametr üzrə qarşı-qarşıya olan dəliklər yerinə yetirilib, porşenlərin silindrik dar hissələri işçi kamera yaratmaqla oymaqların daxilində yerləşdirilib”.

SXEM SON.png (143 KB)

Ş.Mustafayev mühərrikin xaricdə patentləşdirilməsi və mühərrikin prototipinin yaradılması üçün sponsorlar axtarır. O hesab edir ki, yerli iş adamları, sahibkarlar dəstək verməklə icad etdiyi daimi mühərrikin kütləvi istehsalına başlaya bilərlər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90