image-rt-reklam
image-img-20230506-wa0023backend

Otuzillik işğal Ermənistana heç bir üstünlük vermədi

image-728x90

Ermənistan torpaqları geri qaytarmaq istəmirdi. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi. Onlar, sadəcə, prosesi ləngidirdilər, vəziyyətin olduğu kimi qalmasını və onu dondurmaq istəyirdilər. Düşünürdülər ki, işğalı legitimləşdirə biləcəklər. Beynəlxalq sponsorları həmişə onların yanında olacaq və onlar üçün mübarizə aparacaqlarını düşünürdülər, lakin yanılırdılar. İndi onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə bilərlər. Otuzillik işğal onlara heç bir üstünlük vermədi. Əksinə, regional inkişaf proseslərindən təcrid edildilər. Həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Sülh sazişi onların marağına xidmət edir. Eyni zamanda Verilmiş bəyanatlara və hadisələrə nəzər salsaq görərik ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur. Biz müəyyən vaxt gözlədikdən sonra beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdük. Ermənistan rəsmən ya bunları qəbul etməli idi, ya da onları rədd etməli idi. Lakin rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heç nə yox idi. Onların qəbul edilməsi isə normal davranış sərgiləməyə razı olmaq nöqteyi-nəzərindən yəqin ki, onlar üçün çətin idi. Ermənistanın ciddi danışıqlarda iştirak etmək istəməməsi səbəbindən yenə də uzun fasilə oldu. ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarda Ermənistana və ABŞ-a tamamilə aydın idi ki, burada ikiistiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar idi. İlham Əliyev “Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq.Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar.”deyə bildirib. Çünki söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu, böyük çağırış olacaqdır.
Sultanlı Çiçək Maarif
Azərbaycan Dövlət Pedaqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90