image-2000x150
image-img-20240413-wa0016backend

Bir kəndin tarixi- Aşağı Şorca : Şamil Ənvəroğlu yazır…

image-728x90

Qondarma “Ermənistan” adı ilə damğalanan, ancaq öz türk-müsəlman keçmişini hər daşına, hər qayasına hopdurub min illərdir öz varlığını qoruyan, əzəli və əbədi türk torpağı olan Qərbi Azərbaycan on yeddi mahal, on səkkiz şəhər, otuz dörd rayon və yüzlərlə kənddən ibarətdir.

Tarixin dörd (1905-1906-cı illər, 1918-1920-ci illər, 1948-1953-cü illər, 1988-1992-ci illər) ağır deportasiyasını yaşayan və bu hadisələr nəticəsində bir milyondan çox soydaşımızın didərgin salındığı bu ulu yurdumuzun qədim yaşayış məskənlərindən biri də Aşağı Şorca kəndidir.

Bu kənd İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi hayların adını dəyişib Geğarkunik qoyduğu vilayətdə yerləşir. XIX əsrin iyirminci illərində məşhur fransız səyyahı və etnoqrafı İvan İvanoviç Şopen (1798, Fransa – 18.08.1870, Peterburq) öz əsərində bu kəndin adını “Aşağı Keyti və ya Salman kəndi” formasında qeyd etmişdir.

Kənd vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 83 km cənub-şərqdə, Məzrə çayının sağ sahilində, dəniz səviyyəsindən 2260 m hündürlükdə yerləşir. Kəndin adı Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1831-ci ildə 164, 1873-cü ildə 411, 1886-cı ildə 524, 1897-ci ildə 584, 1908-ci ildə 721, 1914-cü ildə 910, 1916- cı ildə 843 nəfər azərbaycanlı yaşamışdır.

1918-ci ildə kəndin yerli sakinləri olan Azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. Sağ qalan azərbaycanlılar indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra geri qayıda bilmişlər. Burada 1922-ci ildə 394, 1926-cı ildə 494, 1931-ci ildə 617, 1939-cu ildə 764, 1959-cu ildə 634, 1970-ci ildə 932, 1979-cu ildə 1045, 1987-ci ildə 1500 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabr-dekabr aylarında Azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşdur.

Hazırda kənddə ancaq ermənilər yaşayır. Şorca toponiminin mənasını ermənilər qəsddən tarixi saxtalaşdırmaq niyyəti ilə “duzlu, şoranlı” mənasında işlənən “şor” sözünə sifətin çoxaltma dərəcəsini
bildirən”-ca” şəkilçisini artırmaqla yarandığını və şoran torpaq mənasını verdiyini iddia etsələr də, bu ərazidə şoran torpağın olmadığı hər kəsə məlumdur. Demək ki, bu iddia əsassız sayılır. Sonrakı araşdırmalar göstərir ki, əslində bu ad qədim türk tayfalarından olan şor türklərinin adı ilə bağlıdır. Belə ki, 4-cü əsrdən başlayaraq 7-ci əsrə qədər davam edən Xalqların böyük köçü nəticəsində Hun tayfalarının Altay dağları ətəklərindən Avropaya qədər uzanan uzun bir yolculuğu başlamışdı. Böyük Hun İmperatorluğunun süqutundan sonra bu tayfalardan böyük hissəsi Avropaya, bir qolu da Sasani imperiyasına hücum etdi. Romalılara məğlub olan hunların bir hissəsi qaçıb erkən orta əsrlərdə Azərbaycana gəlmiş və yerli türkdilli etnoslarla bir ittifaqda birləşmişdilər.

image-img-20240413-wa0016

Bu ittifaqa bir çox türk etnosları, o cümlədən, kəngər, peçənəq, bulqar, qıpçaq, sabir, utiqur, onoqur, xəzər, türk, uz, heptal, barsil tayfaları kimi şor tayfaları da daxil idi. Hun ittifaqında adı çəkilən bir çox tayfalar qədim dövrdən Ön Qafqaz ölkələrinin daimi sakinləri olmuşlar.

Onların adı ilə bağlı bir çox toponimlər yaranmışdı.

image-img-20240413-wa0008 image-img-20240413-wa0006 image-img-20240413-wa0005

Azərbaycanın Gürcüstanla sərhədlərində hun adını daşıyan Hunarakert və Hunan toponimləri erkən orta əsrlərdə artıq mövcud idi. Beləliklə, hunlarla bərabər Azərbaycana və qonşu ərazilərə yeni türk etnosları
gəlmiş, burada yaşayan yerli xalqların arasında məskunlaşmış və onlarla qaynayıb qarışmışlar. Ehtimal olunur ki, “Şorca” sözü də elə bu dövrdə bu ərazidə məskunlaşan şor tayfalarının məskunlaşdığı məkan anlamında işlənməyə başlayıb. Bu tayfanın bir qolu da hazırda Rusiyanın Kemerov vilayətində yaşamaqdadır. Hətta ikinci dünya müharibəsinə qədər Kemerov vilayəti Şorça və ya Şoriya şəklində adlandırılmışdı.

Hazırda Aşağı Şorca kəndi erməni ədəbiyyatında “Nerkin Şorja” formasında əksini tapır və “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir. Kəndin coğrafi koordinatları: 40°40′ şm. e., 45°45′ ş. u.

Kəndin daxil olduğu Basarkeçər rayonunun adı da hayların ad dəyişiminə, daha doğrusu, ad soyqırımına məruz qalmışdı.
Erməni alimlərinin fikrincə, Basarkeçər toponiminin hücum etmək mənasında işlənən “basar” və keçmək, getmək mənasını bildirən “keçər” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bu, doğru izah deyil, təsviri, əsl həqiqəti gizlətməyə xidmət edən izahdır.

Əslində isə, toponim qıpçaq mənşəli bazar//basar etnoniminə qeyri-qəti gələcək zamanda işlənən keçər sözünün qoşulmasından əmələ gəlmişdir.”Bazar //basar tayfasının keçdiyi, getdiyi yer” mənasını bildirir. “…bazar sözü mürəkkəb toponimlərin tərkibində tayfa adı kimi işləndikdə toponimik adın 1 komponenti… yerində işlənir”.

image-img-20240413-wa0017 image-img-20240413-wa0018

Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Adın mənasını və türk izini itirmək məqsədi ilə Erm. SSR AS RH-nin 2.VI.1969- cu il fərmanı ilə Basarkeçər adı dəyişdirilib Vardenis qoyulmuşdur.

Aşağı Şorcanın qədim tarixi haqqında dəqiq məlumatlar olmasa da kəndin ərazisində tapılan qədim qəbiristanlıqlar, Türk-Alban mədəniyyətinə aid kilsə, kənddən 6 km şərqdə mövcud olmuş gözətçi qülləsi (Yelli dərə Yonma daşları) və s. kəndin tarixinin iki min ildən artıq olmasına dəlalət edir.

Füsunkar landşaftı ilə göz oxşayan Qalaçanda Orta təpə adlanan yerdə mövcud olmuş yaşayış yerinin xarabalıqları son dövrə qədər qalırdı. Uzunlar sahəsində qazıntı zamanı albanlara məxsus küp qəbirləri tapılıb. Aşağı Şorca rayon mərkəzindən 12 km şərqdə yerləşir. Yuxarı Şorca, Daşkənd kəndi, Sarıyaqub kəndləri və Kəlbəcər rayonu ilə həmsərhəd olub. Əsrarəngiz təbiətə malik olan Şorca kəndi Şərqi Göyçə silsiləsinin suayrıclarında, dəniz səviyyəsindən 2250-2400 m yüksəklikdə, orta və dik meyilli yamacda yerləşmişdir. Kəndin ərazisindən iki çay( Yellidərə çayı və Keyti çayları) axırdı.

Kəndin ərazisində çoxlu sayda bulaqlar var ki, suyunun mineral tərkibinə görə dünyanın ən yaxşı içməli suları sırasına daxildir. Kəndin ərazisində tektonik və vulkanik mənşəli çoxlu sayda qayalıqlar mövcuddur ki, bunlar da təbiətə xüsusi gözəllik verir. Bu qayaların bəzilərinin nisb hündürlüyü 50 m dən çoxdur(Buğauçan qaya, Qalaçan qayası, Qara qaya, Atuçan qaya və s.).

Kəndin yuxarı hissələrindən Göyçə gölünə füsunkar bir mənzərə açılır. Kəndin ərazisi əsasən alp çəmənliklərindən ibarətdir. Buna görə də kəndin ərazisində 3000 dən artıq növ çəmən bitkiləri yayılmışdır ki, bunların 200 dən çoxu qiymətli dərman bitkiləridir.

Ot bitkilərindən Qafqaz bənövşəsi, Nərgiz çiçəyi, Lalə, bat-bat, kəklikotu, bağayarpağı, Boymadərən, pişikotu, xoruzgülü, xanımotu, alp dişəsi, qantəpər, əvəlik, lilpar, zəncirotu, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc, çəmənlik üçyarpaq yonca, dəvəqanqalı, alaqanqal və s. göstərmək olar. Kol bitkilərindən İtburnu, qoyungözu, gəvən və s.

Bundan başqa yellidərədə qarağatlı quzey adlanan dik yamacda endemik qarağat Aşağı Şorca ilə yaxın məsafədə olan məşhur coğrafi obyektlər:

Yuxarı Şorca

3.3 km

Azizli-Qaraqoyun

5.1 km

Daşlıdağ dağı

6.7 km

Qayabaş

6.8 km

Xacı İmadağ dağı

7.6 km

Ağkilsə

7.9 km

Bovnots dağı

9 km

Dəlidağ dağı

10 km

Göytəpə dağı

13 km

Kəlbəcər rayonu

27 km

image-img-20240413-wa0025

Şamil Ənvəroğlu

Tədqiqatçı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90