image-rt-reklam
image-1backend

Türkiyəni xilas edən, dünyanı bu ölkə hesablaşmağa məcbur edən lider –Mustafa Kamal Paşa Atatürk

image-728x90

Ona Türkiyənin memarı deyirlər. Bu səbəbsiz deyil, yox olmaq qarşısında olan bir ölkəni ayağa qaldıran, dünyanı bu ölkə ilə hesablaşmağa məcbur edən o, şəxs idi. Bu türk dünyasının böyük oğlu Mustafa Kamal Paşa Atatürk idi.

Birinci Dünya Müharibəsinin başa çatmasından sonra Böyük Osmanlı İmperiyasından faktiki olaraq heç nə qalmamışdı. Üç qitədə yerləşən və Avropa dövlətlərinin nəbzini əlində tutan, ələ keçirilmiş ərazilərdə ədalətli cəmiyyət və qanunlar bərqərar etmiş, bəşəriyyətə görkəmli şairlər, mütəfəkkirlər, yazıçılar, alimlər və digər dahi şəxsiyyətlər bəxş etmiş Böyük İmperiya gündən-günə zəifləyirdi.İmperiya keçmişdə qalmağa doğru gedirdi. Birinci Dünya Müharibəsi onsuz da zəifləməkdə olan Osmanlı İmperiyasını daha da gücdən saldı. Müharibədən sonra ölkəni hakimiyyəti yalnız kağızda olan Sultan Mahmud idarə etməyə başladı. Real hakimiyyət Antanta komissarının əlində idi. Bir vaxtlar türklərin qanları ilə əldə olunmuş ərazilər müstəqillik qazandı. Avropa dövlətlərinin İstanbulu xristianlara qaytarmaq və onun adını Konstantinopola dəyişdirmək arzusu həyata keçə bilərdi.

Türk xalqı hər şeyini və ən əsası müstəqilliyini və azadlığını itirmək üzrə idi. Türklərə ümid, yenidən dirçəliş, bu qaranlıqda işıq lazım idi. Bu ümid işığı mərd, təhsilli zabit Mustafa Kamal oldu. O, 1881-ci ildəyunan şəhəri Salonikidə,keçmiş gömrük məmuru Əli Rza Əfəndi və onun həyat yoldaşı Zübeydə xanımın ailəsində anadan olmuşdur. O, uşaqlıqdan hərb işinə həvəs göstərmiş, 1896-cı ildə Makedoniyanın Bitola şəhərindəki hərbi məktəbə qəbul olunmuş, 1899-cu ildə isə İstanbul şəhərindəki Osmanlı Hərbi Kollecinə daxil olmuşdur. Mustafa Kamal mükəmməl hərbi təhsil alaraq Osmanlı Baş Qərargah Akademiyasını bitirmişdir. Onun hərbi karyerası Sultan II Əbdulhəmidin siyasətini qeyri-qanuni tənqid etdiyi üçün həbs olunma ilə başlamışdır. Bir neçə aylıq həbsdən sonra Mustafa Kamal Dəməşqə sürgün olundu. Gənc zabit xarakterinin dayanıqlığını göstərərək öz fikirlərindən imtina etmədi. O, Liviyada italyanlara qarşı, Frakiyada bolqarlara qarşı müharibədədöyüş sınağından çıxdı, Birinci Dünya Müharibəsi zamanı Kiçik Asiya cəbhəsinin həlledici hissələrində, 1915-ci ildə Dardanel əməliyyatında iştirak etdi (Dardanel uğrunda döyüşlərdə əldə etdiyi uğur onu ölkədə məşhurlaşdırdı). Daha sonra o, Müdafiə Nazirliyində rəhbər vəzifələrdə çalışmışdır. Birinci Dünya Müharibəsinin başa çatmasından sonra Osmanlı İmperiyası və Türk xalqının xilas olunmağa və böhrandan çıxmağa ehtiyacı vardı. Bu şəraitdə Mustafa Kamal öz seçimini etdi,öz xalqının gələcəyi üçün üzərinə məsuliyyət götürdü. O, Türkiyənin müstəqilliyi naminə bir neçə qurultay təşkil edir, ölkənin siyasi həyatında fəal iştirak edir. 1920-ci ildə İstanbul ingilis əsgərləri tərəfindən işğal olundu. Mustafa Kamal Türkiyə Böyük Millət Məclisini çağırır. Qısa müddətdən sonra türk xalqının milli-azadlıq mübarizəsi başlayır.1922-ci ildə Smirna geri alındı (qədim Smirna İzmir adlandırıldı). 1923-cü ildə müttəfiq qoşunlarının tam çıxarılmasından sonra, Mustafa Kamal Türk dövlətinin əsasını qoydu və Türkiyə Respublikasının birinci Prezidenti oldu. O, hökumətin və dövlətin yeni sərhədlərinin tanınmasına nail oldu. Prezident olduqdan sonra, Mustafa Kamal türk cəmiyyətinin müasirləşdirilməsi, Avropa sivilizasiyası ilə inteqrasiya olunma, elmin, mədəniyyətin və texnikanın inkişafı kimi çətin vəzifənin həyata keçirilməsi ilə məşğul oldu. O hesab edirdi ki, bu cür Türkiyə ilə dünyanın böyük dövlətləri hesablaşacaqlar. Yenidən quruluşla bağlı mühüm addımlardan biri atıldı (xilafətin, sultanların, xəlifələrin və şəriətin ləğvi), artıq ikinci mühüm mərhələyə keçmək, islahatlara başlamaq və Avropa ilə ayaqlaşacaq və hörmət ediləcək yeni türk dövlətini qurmaq lazım idi.

Atatürkün yeni Türkiyənin qurulmasına verdiyi töhvəni bir məqalədə ifadə etmək qeyri-mümkündür. Mustafa Kamalın həyata keçirdiyi əsas islahatlardan bəzilərini nəzərdən keçirək: şəriət məhkəməsinin ləğvi və çoxarvadlılığa qadağa, qərb tərzində hazırlanmış hüquqi normalar, miladi təqvimin tətbiqi, metrik sistem və Avropa tərzində geyim, ərəb əlifbasından latın əlifbasına keçid, fars və ərəb mənşəli sözlərdən imtina, zadəgan titullarının ləğvi, ad və soyadların tətbiqi, paytaxtın İstanbuldan Ankaraya köçürülməsi (bununla da o rəqiblərinin təsirini zəiflətdi). Demokratikləşmə həyatın bütün sahələrinə sirayət etdi. Vacib addımlardan biri, qadınların universitetlərdə təhsil almaları, bizneslə məşğul olmaları, səs vermə və parlamentə seçilmə hüququnu əldə etmələri oldu (Atatürkün mənəvi qızı Sabiha Gökçen ilk qadın pilot olmuşdur). Təhsil sistemi unifikasiya edildi (yüzlərlə məktəb inşa edildi, savadsızlığın aradan qaldırılması üçün məcburi kurslar yaradıldı, bütün elmi və tədris müəssisələri Maarif Nazirliyinin tabeçiliyinə verildi, bununla da vahid dünyəvi təhsil sistemi yaradıldı). Mustafa Kamal özü ölkəni gəzirdi və insanları yeni yazıya öyrədirdi, bu səbəbdən də “Cumhuriyyətin ilk müəllimi” adını almışdır. Vahid dilin tətbiqi sayəsində, cinsindən və mənşəyindən asılı olmayaraq türklər vahid millət kimi özlərini hiss edirdilər. Bundan başqa, qərb tipli yeni hüquq sistemi tətbiq edildi (1926-cı ildə Mülki Məcəllə qəbul edildi, bu sənəddə mülki məcəllə üzrə liberal dünyəvi prinsiplər müəyyən olundu. Məcəllə o dövrdə Avropada ən mütərəqqi sayılan İsveçrə Mülki Məcəlləsinin mətnindən köçürülmüşdü), eləcə də İtaliya Cinayət Məcəlləsi və Almaniya Ticarət Qanunundan istifadə olundu. Digər mühüm addım dinin dövlətən ayrılması oldu (1928) və Quran türk dilinə tərcümə olundu. Saraylar, eləcə də Müqəddəs Sofiya məscidi fəaliyyət göstərən muzeylərə çevrildi. Mustafa Kamal vacib hesab edirdi ki, islamçı din xadimləri sırf din işləri ilə məşğul olmalı və dövlətin işlərinə qarışmamalı, dövlət isə dini işlərə müdaxilə etməməlidir.

Çox qısa müddət ərzində Türkiyə dünyəvi dövlətə çevrildi. Hicri təqvimi Miladi təqvimi ilə əvəz olundu, metrik ölçü sistemi tətbiq edildi, 5 günlük iş həftəsi təyin olundu (1925). Açıq-aşkar avropalaşma o dövrdə türklərin və ortodoksallığın simvolu olan fəsin qadağan olunması ilə başlandı. Əvvəlcə fəsin qoyulması orduda qadağan olundu, daha sonra isə öz həmvətənlərinə əyani nümunə göstərərək kütlə qarşısına şlyapada çıxanMustafa Kamal fəsin qoyulmasını cinayət elan etdi. 1934-cü ildə Türkiyə Parlamenti tərəfindən Mustafa Kamala “Atatürk” soyadı verildi(“Türklərin atası” və ya “Böyük türk”).

Mustafa Kamal belə deyirdi: “Tam müstəqillik yalnız iqtisadi müstəqillik olduqda mümkündür”. İqtisadi islahatlar siyasi islahatlardan az əhəmiyyət kəsb etmirdi. Kənd təsərrüfatında köhnə vergiqoyma sistemi ləğv olunduvə fərdi sahibkarlıq üçün şərait yaradıldı. 1927-ci ildə “Sənayenin təşviq olunması” barədəqanun qəbul edildi. Müəssisə qurmaq istəyən sənaye sahibi ödənişsiz 10 hektara qədər torpaq sahəsi əldə edə bilərdi. Sahibkar qapalı məkan, torpaq sahəsi, gəlir üzrə vergilərdən azad olunurdu. Müəssisənin tikintisi və istehsal fəaliyyəti üçün idxal olunan materiallara gömrük rüsumları və vergiləri şamil olunmurdu.Atatürk və İsmət İnönü iqtisadiyyatda dövlət nəzarətinin təmin olunmasını özləri üçün əsas məqsəd qoymuşdular. Onların başlıca məqsədi Türkiyənin hərtərəfli birləşdirilməsi, iqtisadiyyata xarici təsirin aradan qaldırılması və ölkə daxilində əlaqələrin yaxşılaşdırılması idi. Çoxlu sayda banklar(1924-cü ildə dövlətin dəstəyi ilə Türkiyənin ilk kommersiya bankı – İş Bankası təsis olundu) və dövlət şirkətləriyaradılırdı. Kənd təsərrüfatı, toxuculuq və maşınqayırma sənayesi üzrə dövlət fabrikləri inşa olunurdu. Atatürkün rəhbərliyi dövründə ölkədə fəal şəkildə yolların tikintisinə başlandı, ölkənin sənaye inkişafının 1-ci və 2-ci planları qəbul olundu və həyata keçirildi. Bundan başqa, dəmir yollarıdövlətin idarəetməsinə keçdi, həmçinin səhiyyə, sığorta, maarifçilik, mədəniyyət və digər sahələrdə islahatlar həyata keçirildi. Türkiyə daxilində hakimiyyət ilk dəfə rəsmi olaraq qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinə bölündü. Dövlət islahatının sonuncu mərhələsi 1935-ci ildə keçirildi, bu tarixdə din dövlətdən ayrıldı və dövlət dünyəvi və demokratik oldu, respublika və ölkənin bütün ərazisi üzrə müstəqillik qəti surətdə elan olundu. Bir palatalı parlament (məclis) təşkil olundu. Atatürk, yeni türk dövlətinin “Kamalizm” adlandırılan ideoloji əsasını hazırladı. Bu ideoloji əsas 1937-ci ildə konstitusiyaya daxil edilmiş 6 maddəyə: xəlqlik, respublikaçılıq, millətçilik, kübarlıq, etatizm (iqtisadiyyat üzərində dövlət nəzarəti), reformizmə əsaslanırdı.

Atatürkün Türkiyəni xilas edən inqilabi islahatlarına baxmayaraq, islahatlara düşməncəsinə və radikal şəkildə yanaşılırdı. Türkiyəni xilas etmək lazım idi və o, bunu etdi. Dini və milli islahatlar düşməncəsinə qəbul edildi. Bu, ölkənin inkişafı üçün bir təkan oldu və buna dəyərdi. Atatürkün bütün islahatlarını təhlil edərkən biz belə bir qənaətə gəlirik ki, hər şey xalqın və dövlətin mənafeyi üçün edilmişdi.Türkiyə Avropa ilə ayaqlaşırdı, bəzi məsələlərdə isə hətta onu geridə qoyurdu. Bütün qərb ölkələri Böyük Böhranda batıb qalarkən, Atatürkün islahatları sayəsində Türkiyə əsl yüksəliş dövrünü yaşayırdı. İkinci Dünya Müharibəsini əvvəlcədən hiss edərək, Atatürk türklərə o müharibəyə daxil olmamağı vəsiyyət etdi.

Formal olaraq Türkiyə 1945-ci ildə Almaniyaya müharibə elan etməkləmüharibəyə qoşuldu, demək olar ki, türklər öz xilaskarının və birinci prezidentinin xahişini yerinə yetirdilər. Qabaqcıl və inkişaf edən bir dövlət kimi tanımağa öyrəşdiyimiz, dünyada hörmət göstərilən və fikri ilə hesablaşılan Türkiyə tamamilə öz memarı Mustafa Kamal Atatürkə borcludur. Mustafa Kamal milli ideyanın əsas prinsiplərinimüəyyən etdi: Vətən, millət, respublika, ictimai hüquqlar. Bunlarla birlikdə bir sıra prinsiplər qəbul edildi və konstitusiyaya daxil edildi. Respublikanizm – respublika idarəetmə üsuluna sadiqliyi, inqilabçılıq – müstəqillik uğrunda mübarizə prinsiplərinə sadiqliyi, millətçilik – türk millətinin yüksəlişini, dünyəvilik – dinin dövlətdən ayrılma prinsipinin müdafiəsini, xəlqilik – siniflərin və sinfi mübarizənin tanınmamasını, demokratizm əsasında xalq suverenliyinin yerinə yetirilməsini ifadə edirdi.Bu prinsiplər Atatürkün dövründə həyata keçirildi və bu gün də müasir Türkiyədə aktual hesab olunur. Atatürk 10 noyabr 1938-ci il tarixində 57 yaşında Dolmabaxça sarayında (Türk sultanlarının İstanbuldakı keçmiş iqamətgahı) vəfat etmişdir. Atatürk 21 noyabr 1938-ci il tarixində Ankarada etnoqrafiya muzeyinin ərazisində dəfn edlmişdir (10 noyabr 1953-cü il tarixindəAtatürk onun üçün inşa edilmiş “Anıtkabir” məqbərəsində yenidən dəfn edilmişdir).

Atarürkü sevə və ya xoşlamaya bilərsiniz, lakin onun dahiliyini və şəxsiyyətinin böyüklüyünü inkar etmək mümkün deyil. Türk xalqı üçün çətin dövrdə o, sona qədər xalqla birlikdə oldu, xalqı xilas etdi və bununla da gələcək nəsillərin işıqlı gələcəyinə olan ümidi türklərə geri qaytarmış oldu. Bu günkü güclü və inkişaf etmiş Türkiyə Respublikasınıntəməlini qoydu. Təəssüf doğurur ki, bəzi türklər Atatürkün mirasını inkar edir və onun xalq və dövlət qarşısındakı xidmətlərini gözdən salmağa cəhd göstərirlər. Öz tarixini inkar etmək və tarixi faktları təhrif etmək olmaz. Mustafa Kamal Atatürk,türk xalqının çətin vaxtında onu xilas etdi, inkişaf etmiş iqtisadiyyatı, elmi, tibbi, güclü daxili və xarici siyasəti, qüdrətli ordusu və bölünməz xalqı olan bir dövlət yaratdı. Onun mirası və ölməzliyi Türkiyənin tarixinə qızıl hərflərlə həkk olunmuşdur.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90