image-2000x150
image-fb_img_1677164289502backend

DAŞKƏSƏNDƏ DÖVLƏT QULLUQÇUSUNUN XİDMƏTİ FƏALİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİNİ HƏYATA KEÇİRƏN ŞƏXSLƏR ÜÇÜN NÖVBƏTİ TƏLİM KEÇİRİLİB

image-728x90

Fevralın 23-də Daşkəsən Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının etik-davranış qaydaları üzrə komissiyanın sədr müavini Sahib Əhmədov “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda təlim keçirib. Təlimdə rayonunun idarə, müəssisə və təşkilatlarında fəaliyyət göstərən dövlət qulluqçuları iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Məmmədov təlimin keçirilməsində əsas məqsədin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması olduğunu bildirib. Ölkəmizdə dövlət qulluğunun formalaşması, qanunverici bazası haqqında ətraflı məlumat verən Vüqar Məmmədov vurğulayıb ki, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin 2021-ci il 6 aprel tarixli “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”na əsasən aparılır.
RİHBA-nın məsul işçisi Sahib Əhmədov mühazirəsində dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin beynəlxalq təcrübəsi, qiymətləndirmənin təşkili, qiymətləndirmənin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin nəticəsinə tətbiq edilən tədbirlər, bu prosesin mərhələləri, qiymətləndirmə zamanı tapşırıqların müəyyən edilməsi, habelə qiymətləndirmə meyarları və dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi haqqında ətraflı məlumat verib, Prezident cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixində imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamını qeyd edərək növbəti onillikdə ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetin reallaşdırılmasında dövlət qulluqçularının qarşısında duran mühüm vəzifələri vurğulayıb.
Həmçinin mövzuya dair slaydlar nümayiş olunub və təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

image-fb_img_1677164317607 image-fb_img_1677164313419 image-fb_img_1677164309835 image-fb_img_1677164303739 image-fb_img_1677164300377 image-fb_img_1677164289502

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90