image-2000x150
image-bez-nazvaniya-1backend

“Azərbaycan səfirliyimizdə baş vermiş məsələ ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb edir.”

image-728x90

Hücum 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyin qarşısında olmuşdur. Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnovik” markalı avtomat silahla mühafizə postunu yarmış, səfirlik əməkdaşlara atəş açmışdır. Bu zaman səfirlik əməkdaşları isə onu zərərsizləşdirməyə cəhd göstərmişdir. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri OrxanƏsgərov  həlak olmuşdur. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanmışdır.İranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı əslində Azərbaycana qarşı terror hücumudur. Məsələ ilə bağlı bütün hallar ən kiçik incəliliklərinə qədər öyrənilməli, araşdırma prosesinə azərbaycanlı mütəxəssislər cəlb edilməli, bir də bənzər hadisələrin baş verməməsi üçün İran tərəfi rəsmi zəmanət verməlidir. İranın hadisənin mahiyyətini təhrif etmək üçün yaydığı daha bir yalan isə guya hücumun erməni kimlikli şəxs tərəfindən edilməsi ilə bağlıdır. Yasin Hüseynzadə İran vətəndaşıdır. Ad və soyadı da erməni kökənli olmadığını göstərir.İranın bütün cəhdlərinə baxmayaraq, bu xain hücumun məqsədinin Azərbaycan səfirliyinə və diplomatlarına qarşı yönəldilmiş terror aksiyası olduğu artıq bəllidir. Üstəlik, İran polisi terrorun baş verməsinin qarşısını almaq üçün heç bir addım atmayıb. Azərbaycan hökuməti İranda olan səfirliyimizin təhlükəsizliyi ilə bağlı bir neçə dəfə İran rəhbərliyinə müraciətlər ünvanlayıb. Orada bizim vətəndaşlarımızın beynəlxalq normalara ehtiva edilən diplomatik korpusların  təhlükəsizliyini və toxunulmazlığını təmin etmək birmənalı şəkildə İran dövlətinin üzərinə düşdüyünə görə, bizim müraciətimiz çox əsas idi. Amma o müraciətə baxmayaraq, qarşı tərəf heç bir tədbir görmədi və nəticəsinin də şahidi olduq.

İran hər zaman terrora dəstək verdiyi bütün dünyaya məlumdur. Tarixə nəzər yetirsək, indiyə qədər İranda səfirlik, konsulluq, beynəlxalq nümayəndəliklərə, xarici vətəndaşlarla hücumlarla bağlı xeyli fakt görə bilərik. İranın tarixi xarici diplomatlara və diplomatik nümayəndəliklərə terrorçu münasibəti ilə zəngindir. Uzaq 1829-cu il yanvarın 30-da tehranlılar Çar Rusiyasının İrandakı səfirliyinə hücum edib, səfir, tanınmış rus yazıçısı Aleksandr Qriboyedov və səfirliyin mühafizəsini təşkil edən 35 kazakı qətlə yetirmişdilər.

Bu hadisəni şiddətlə qınayır, bu qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunumuzu bildirərəm.

Məhərrəmova Aidə .YAP üzvi.ADPU

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90